Məmmədzadə, M. B. Azərbaycan-türk mətbuatı / M. B. Məmmədzadə. – Bakı: Birinci Hökumət Mətbəəsi, 1922. - 46 s.
Mirzə Bala Məmmədzadənin 1922-ci ildə Bakıda, Birinci Hökumət Mətbəəsində işıq üzü görən "Azərbaycan-türk mətbuatı" kitabı ölkəmizin publisistika və jurnalistika tarixini xronoloji və sistemli şəkildə araşdıran ilk fundamental elmi-kütləvi mənbədir. Cəmi 46 səhifədən ibarət olan bu yığcam əsər 1875-ci ildə Həsən bəy Zərdabinin nəşr etdiyi ilk milli mətbu orqanımız olan "Əkinçi" qəzetindən başlayaraq 1920-ci illərin əvvəllərinə, yəni Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonrakı dövrə qədərki mətbuatın inkişaf yolunu tam şəkildə əhatə edir. Dövrün aparıcı publisistlərindən olan müəllif bu dəyərli əsərdə milli mətbuatın keçdiyi keşməkeşli yolları və ilk qəzet-jurnalların fəaliyyətini obyektiv faktlarla işıqlandırmışdır.
Albomdakı digər fotolar
Hamısına bax“Zənbur”. Həftədə bir dəfə nəşr olunan ədəbi, ictimai, satirik jurnal Redaktorları: Rza bəy Səlimxanov, Əzim Əzimzadə, Murtuza bəy Palavandov Naşiri: Mirzə Əbdülxalıq Axundov Nəşr illəri: 1909-1910
Sami, Şəmsəddin. Kāmûsü’l-A‘lâm: tarix və coğrafiya lüğəti bütün xüsusi adları əhatə edir.– İstanbul: Mihran Mətbəəsi, 1316 [1898]. – Cild 6. - 828 s.
“Molla Nəsrəddin”. Həftəlik, illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı Redaktoru və naşiri: Cəlil Məmmədquluzadə Nəşr illəri: 1906-1917 (Tiflis), 1921 (Təbriz), 1922-1931 (Bakı)
“Kəlniyyət”. Həftədə iki dəfə nəşr olunan satirik jurnal Redaktoru: Hacı İbrahim Qasımov İmtiyaz sahibi: Seyid Hüseyn Sadiq Nəşr illəri: 1912-1913
“Məzəli”. Həftədə bir dəfə nəşr olunan satirik jurnal Redaktoru və naşiri: Haşım bəy Vəzirov Nəşr illəri: 1914-1915
“Karagöz”. Həftədə iki dəfə İstanbulda nəşr olunan siyasi, sosial-tənqid, satirik, illüstrasiyalı jurnal Redaktoru: Əli Fuad Bəy Nəşr illəri: 1908-1968