- Arxiv fondlarında saxlanılan sənədlərin mühafizəsini təmin etmək;
- Arxiv fondlarında saxlanılan sənədlərin komplektləşdirilməsi, uçotu və istifadəsini təşkil etmək;
- Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş siyasi partiyalar, ictimai hərəkatlar və digər müvafiq təşkilatların sənədlərinin qəbulunu həyata keçirərək onların dövlət tərəfindən mühafizəsini təmin etmək;
- Arxivdə mühafizə olunan sənədlərin dəyərinin ekspertizasını keçirmək;
- Kitabxana fondunda saxlanılan nəşrlərin mühafizəsini təmin etmək və uçotunu aparmaq;
- Kitabxana fondunu yeni ədəbiyyatla və əvvəlki illərin nəşrləri ilə komplektləşdirmək;
- Tədqiqatçılara kompleks kitabxana, biblioqrafiya və informasiya xidməti göstərmək;
- Arxivdə mühafizə olunan sənəd və nəşrlərin elmi əsaslarla gigiyena, rejimli mühafizə-konservasiya, cildləmə və bərpası işini təşkil etmək;
- Arxivdə mühafizə olunan sənədlərin tərkib və məzmununu əks etdirən elektron elmi-məlumat aparatını yaratmaq və təkmilləşdirmək;
- Kitabxana fondunun avtomatlaşdırılmış elmi-məlumat aparatını yaratmaq və təkmilləşdirmək;
- Arxiv və kitabxana fondlarını özündə əks etdirən ənənəvi və elektron kataloq-kartoteka sistemini yaratmaq və təkmilləşdirmək;
- Arxiv və kitabxana fondlarının rəqəmsallaşdırılması və sığorta fondunun yaradılması işini təşkil etmək;
- Arxiv sənədləri əsasında elmi və elmi-publisistik məqalələr, sənədlər toplusu və kitablar nəşr etmək;
- Аrxivin oxu zallarında tədqiqatçılara xidmət göstərmək;
- Dövlət idarə, təşkilat və müəssisələrinin rəsmi sorğularına əsasən, müəyyən olunmuş qaydada sənədlərin surətini vermək;
- Hüquqi və fiziki şəxslərin rəsmi müraciətlərinə əsasən ödənişsiz sosial-hüquqi xarakterli məlumat daşıyıcısı olan arxiv arayışı vermək;
- Xarici ölkə arxivləri, muzey və kitabxanaları ilə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmaq;
- Azərbaycanın ictimai-siyasi tarixinə aid dünyanın müxtəlif ölkələrinin arxivlərində mühafizə olunan sənədləri aşkarlamaq və onların mümkün formada repatriasiyasını təşkil etmək;
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə Arxivə həvalə olunmuş digər vəzifələri yerinə yetirmək.