26 dekabr 1921-ci ildə yaradılmış Azərbaycan Partiya Tarixi Bürosunun (Azistpart) tərkib hissəsi kimi fəaliyyətə başlayan və Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin 2021-ci il 13 oktyabr tarixli 1465 saylı Fərmanı ilə hazırda öz fəaliyyətini İctimai-Siyаsi Sənədlər Аrxivi kimi davam etdirən Arxivin 100 illik yubileyi 2021-ci il dekabr ayının 23-də Gülüstan sarayında təntənəli şəkildə qeyd olunmuşdur.
Yubiley münasibətilə xatirə döş nişanı təsis olunmuş, İctimai-Siyаsi Sənədlər Аrxivində mühafizə olunan sənədlər əsasında yazılmış elmi məqalələr toplusu nəşr edilmişdir.