Ahmed Rasim. Resimli ve Haritalı Osmanlı Tarihi / Ahmed Rasim. – İstanbul: Şems Matbaası, 1327–1329 [1911–1913]. – C. 3. - 513 s.
XX əsrin əvvəllərində Osmanlı imperiyasının mədəni və ictimai həyatında mühüm rol oynamış görkəmli yazıçı, jurnalist və tarixçi Əhməd Rasim tərəfindən qələmə alınmış "Rəsmli və Xəritəli Osmanlı Tarixi" dövrünün ən populyar, əhatəli və vizual baxımdan zəngin tarixi əsərlərindən biridir. Təqdim olunan bu nadir nüsxə əsərin 3-cü cildi olub, dövrün nəşriyyat sənətinin estetik xüsusiyyətlərini əks etdirən dəyərli nümunələrdən biri hesab olunur. Əsər ümumi olaraq Osmanlı imperiyasının yaranması, inkişaf mərhələləri, müxtəlif dövrlərdə baş verən ən mühüm hərbi, siyasi və sosial tarixi hadisələri geniş şəkildə işıqlandırır. Xüsusilə bu cilddə Osmanlı sultanlarının portretləri, imperiyanın sərhədlərini, coğrafi mövqeyini və yürüş yollarını əks edən xəritələr yer alır ki, bu da tarixi proseslərin daha dərindən və əyani şəkildə başa düşülməsinə imkan yaradır.
Albomdakı digər fotolar
Hamısına baxMəmmədzadə, M. B. Azərbaycan-türk mətbuatı / M. B. Məmmədzadə. – Bakı: Birinci Hökumət Mətbəəsi, 1922. - 46 s.
“Molla Nəsrəddin”. Həftəlik, illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı Redaktoru və naşiri: Cəlil Məmmədquluzadə Nəşr illəri: 1906-1917 (Tiflis), 1921 (Təbriz), 1922-1931 (Bakı)
“Babayi-Əmir”. Həftədə bir dəfə nəşr olunan siyasi, ədəbi, ictimai satirik jurnal Redaktoru: Əliabbas Mütəllibzadə İmtiyaz sahibi: Əbülfəz Mütəllibzadə Nəşr illəri: 1915-1916
Sami, Şəmsəddin. Kāmûsü’l-A‘lâm: tarix və coğrafiya lüğəti bütün xüsusi adları əhatə edir.– İstanbul: Mihran Mətbəəsi, 1316 [1898]. – Cild 6. - 828 s.
“Kəlniyyət”. Həftədə iki dəfə nəşr olunan satirik jurnal Redaktoru: Hacı İbrahim Qasımov İmtiyaz sahibi: Seyid Hüseyn Sadiq Nəşr illəri: 1912-1913
“Tuti”. Həftədə bir dəfə nəşr olunan satirik jurnal Redaktoru: Cəfər Bünyadzadə Naşiri və imtiyaz sahibi: Tağı Nağıyev Nəşr illəri: 1914-1917