Azərbaycan Respublikasının Dövlət Gerbi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai-Siyasi Sənədlər Arxivi

Sami, Şəmsəddin. Kāmûsü’l-A‘lâm: tarix və coğrafiya lüğəti bütün xüsusi adları əhatə edir.– İstanbul: Mihran Mətbəəsi, 1316 [1898]. – Cild 6. - 828 s.

Sami, Şəmsəddin. Kāmûsü’l-A‘lâm: tarix və coğrafiya lüğəti bütün xüsusi adları əhatə edir.– İstanbul: Mihran Mətbəəsi, 1316 [1898]. – Cild 6. - 828 s.

XIX əsrin sonlarının mühüm ensiklopedik nəşrlərindən biri olan “Kâmûsü’l-A‘lâm”, tarix, coğrafiya və bioqrafik məlumatları özündə birləşdirən altıcildlik əsərdir. Görkəmli Osmanlı maarifçisi və yazıçısı Şəmsəddin Sami tərəfindən Osmanlı türkcəsində, ərəb qrafikası ilə hazırlanmış bu ensiklopediya 1889–1898-ci illərdə İstanbulda, “Mihran” mətbəəsində nəşr edilmişdir.
“Kâmûsü’l-A‘lâm” müxtəlif ölkələr, şəhərlər, vilayətlər və coğrafi məkanlarla yanaşı; tarixi şəxsiyyətlər, hökmdarlar, dövlət xadimləri, alimlər, şairlər, ədiblər və din xadimləri haqqında məlumatları əlifba ardıcıllığı ilə təqdim edir. Bu xüsusiyyət əsəri XIX əsrin sonlarında tarix, coğrafiya və mədəniyyət sahələrində mövcud olan biliklərin sistemləşdirildiyi mühüm istinad mənbəyinə çevirir.
Təqdim olunan nüsxə əsərin 1898-ci ildə İstanbulda çap olunmuş VI cildidir. Bu nəşr XIX əsrin sonlarında Osmanlı coğrafiyası, tarixi və elmi-mədəni mühiti haqqında araşdırmalar üçün mühüm baza rolunu oynamaqla bərabər, Azərbaycanın və digər Şərq xalqlarının tarixi-mədəni irsinin öyrənilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Əsərdə Azərbaycan coğrafiyası, tarixi şəxsiyyətləri, alim və şairləri haqqında dolğun məlumatların yer alması onun Azərbaycan tarixinin və mədəniyyətinin öyrənilməsindəki mənbəşünaslıq dəyərini daha da artırır. Bu baxımdan, 1898-ci il tarixli VI cild yalnız nadir kitab nümunəsi deyil, həm də dövrün elmi düşüncə səviyyəsini əks etdirən qiymətli yazılı mənbədir.

Sami, Şəmsəddin. Kāmûsü’l-A‘lâm: tarix və coğrafiya lüğəti bütün xüsusi adları əhatə edir.– İstanbul: Mihran Mətbəəsi, 1316 [1898]. – Cild 6. - 828 s.