Пиралов, А. С. Краткий очерк кустарных промыслов Кавказа. – 2-е изд., перераб. и доп. – Санкт-Петербург : Типо-литография «Якорь», 1913. - 127 с. A. S. Piralovun “Qafqazın kustar sənətkarlıq sahələri haqqında qısa oçerk” əsəri Qafqazın ənənəvi sənətkarlıq sahələrinə həsr olunmuş qiymətli tarixi-etnoqrafik mənbədir. Əsərdə Azərbaycanın tarixi bölgələri – Qarabağ, Şuşa, Zəngəzur, Şamaxı, Bakı və Yelizavetpol (Gəncə) haqqında məlumatlar verilərək xalçaçılıq, ipəkçilik, kəlağayıçılıq, toxuculuq və digər kustar sənətkarlıq sahələrinin inkişafı işıqlandırılır. Nəşr XX əsrin əvvəllərində Azərbaycanın xalq sənətkarlığı, maddi-mədəni irsi və sosial-iqtisadi tarixinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyətə malikdir.

Tam baxAlbomdakı digər fotolar
Hamısına baxПервая Российская Государственная Дума. Литературно-художественное издание. Под редакцией Н. Пружанского. - Санкт-Петербург: издание Н. Д. Андреева, 1906. - 155 с. “Birinci Rusiya Dövlət Duması” adlı bu kitabda Rusiya imperiyasının I Dövlət Dumasının 1906-cı il aprelin 27-dən iyulun 9-dək fəaliyyəti əks olunmuş, həmçinin Duma üzvləri haqqında biblioqrafik məlumat yer almışdır.
Сборник материалов для описания местностей и племен Кавказа. Издание Управления Кавказского учебного округа. Вып. I. - Тифлис: Типография Главного Управления Наместника Кавказского, 1881. - 186 с. “Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu”nda Qafqazın tarixi, arxeologiyası, dilçiliyi və etnoqrafiyası ilə bağlı qiymətli materiallar, o cümlədən, Qafqaz xalqlarının gündəlik həyatı, adət-ənənələri, folkloru, kənd və şəhərlər haqqında oçerklər yer almışdır.
Сборник сведений о Кавказе. Издан Кавказским Статистическим Комитетом при Главном Управлении Наместника Кавказского. Составлены главным редактором Комитета Н. Зейдлицем. Т. 5. Списки населенных мест Кавказского края. Ч. 1. Губернии: Эриванская, Кутаисская, Бакинская и Ставропольская и Терская область. - Тифлис: Типография Главного Управления Наместника Кавказского, 1879. - 490 с. “Qafqaz haqqında məlumatlar toplusu”nun V cildinin I hissəsində İrəvan, Kutaisi, Bakı, Stavropol quberniyaları və Terek vilayəti əhalisinin 1873-cü ilə aid siyahıyaalınma məlumatları yer almışdır.
Зябловский, Евдоким Филиппович. Краткое землеописание Российской империи, Царства Польскаго и Великаго княжества Финляндскаго. Для употребления в уездных училищах Российской империи. - Санкт-Петербург: Типография Департамента Народного Просвещения, 1821. - 263 с. Y.F.Zyablovskinin “Rusiya İmperiyası, Polşa Krallığı və Finlandiya Böyük Knyazlığının qısa coğrafi təsviri” adlı qəza məktəbləri üçün dərs vəsaitində Rusiya İmperiyası, Polşa Krallığı və Finlandiya Böyük Knyazlığının coğrafi mövqeyi, inzibati bölgüləri və fiziki-coğrafi xüsusiyyətləri haqqında əsas məlumatlar verilir.
Сборник географических, топографических и статистических материалов по Азии. Вып. 25. - Санкт-Петербург: Изд. Воен.-учен. ком. Глав. штаба, 1887. - 297 с., 1 л. карт. “Asiya üzrə coğrafi, topoqrafik və statistik materiallar toplusu”nda Rusiya imperiyasının Asiya regionu üzrə coğrafi, inzibati-ərazi, statistik və etno-demoqrafik məlumatlar yer almışdır.
Записки Кавказского общества сельского хозяйства, издаваемые под редакцией секретаря Общества, Н. Ситовского. - Тифлис: 1871, №3. - 116 с. “Qafqaz Kənd Təsərrüfatı Cəmiyyətinin Qeydləri” adlı bu nəşr Qafqaz Kənd Təsərrüfatı Cəmiyyətinin fəaliyyətinin elmi nəticələrini, aqrar iqtisadiyyat, torpaq mülkiyyəti və heyvandarlıqla bağlı məqalələri ehtiva edir.