268

İstanbul Doğançay Muzeyinin eksperti, sənətşünas Bergin Azər və Azərbaycan Rəssamlar İttifaqının və UNESCO nəzdində Beynəlxalq Professional Rəssamlar İttifaqının üzvü, “Miras” qrupunun yaradıcısı Nigar Helmi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin qonağı olublar.
Görüşdən əvvəl qonaqlar Arxivin binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra qonaqlar Arxiv fondları, Arxivin tarixi və fəaliyyəti ilə yaxından tanış olublar. Bergin Azər babası, Azərbaycan əsilli mühəndis, Qori Müəllimlər Seminariyasının və Praqa Texniki Universitetinin məzunu Abdullah Sultanzadə Azərin arxivini – çox sayda sənəd, fotomaterial və xatirələrini ehtiva edən dəftərləri İctimai-Siyasi Sənədlər Arxivinə təqdim edib.