Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində Zəfər Gününə həsr olunmuş sərgi təşkil edilib

    95   

Noyabrın 7-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində Zəfər Gününə həsr olunmuş sərgi təşkil edilib.

Sərgidə Azərbaycan xalqının Vətən müharibəsindəki Şanlı Qələbəsini və bu Qələbəyə aparan yolu əks etdirən sənəd, fotoşəkil və nəşrlərdən ibarət sərgi nümayiş olunub. Arxiv bələdçiləri tədbir iştirakçılarına “Qanları ilə tarix yazanlar”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Zəfərdən dirçəlişə” adlı stendlərin şərhini verərək, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun qazandığı Böyük Qələbədən, qanları ilə tarix yazmış şəhidlərimizin həyat yolundan, azad olunmuş torpaqların dövlət-xalq birliyi ilə dirçəlişindən və möhtəşəm quruculuq işlərindən bəhs ediblər.

Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirik!