EKSPERT-YOXLAMA KOMİSSİYASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

2021-ci il 15 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin (ARPİİ  İSSA) Ekspert-yoxlama komissiyasının iclasında Arxivdə mühafizə olunan Azərbaycan Kommunist (b) Partiyası Bakı şəhər komitəsinin (f.2) xronoloji sistem üzrə tərtib olunmuş yeni – 1, 2, 3 saylı siyahılar müzakirə olunmuşdur. Siyahıları hazırlayan Arxiv fondunun mühafizəsi, uçotu və arxiv fondunun istifadəsi şöbəsinin  müdiri L. Ellazova görülən iş haqqında məlumat verib bildirmişdir ki, 1919-1920, 1921, 1922-ci illəri əhatə edən bu yeni siyahılar xronoloji-struktur sistemləşdirmə sxemi əsasında tərtib edilmişdir. Siyahılar Ekspert-yoxlama komissiyasının (EYK) üzvləri tərəfindən müzakirə olunaraq yekdilliklə qəbul edilmişdir. Komissiyanın iclasında cari məsələlər də müzakirə olunmuşdur.