Siyasi Sənədlər Arxivinin əsas fəaliyyəti aşağıdakılardan ibarətdir:

 

- Arxiv  fondlarında  saxlanılan  dövlət  əhəmiyyətli  sənədlərin mühafizəsini   təmin  etmək.

- Arxiv  fondlarında  saxlanılan  sənədlərin  uçotunu  aparmaq.

- Arxiv sənədlərinin uçotu və  elmi-məlumat aparatı  sistemini inkişaf  etdirmək və təkmilləşdirmək,  о  cümlədən,  avtomatlaşdırılmış elmi-məlumat bazasını yaratmaq.

- Azərbaycan  Respublikası  Ədliyyə  Nazirliyində  dövlət  qeydiyyatından  keçmiş  siyasi  partiyalar,  içtimai hərakatların  və  arxivin  fəaliyyəti   istiqamətinə  uyğun  olaraq  digər  təşkilatların  sənədlərini qəbul edərək, onların  dövlət  tərəfindən mühafizəsini təmin etmək, arxiv  fondlarını  yeni  arxiv  sənədləri  ilə  komplektləşdirmək.

- Arxivdə  saxlanılan  sənədlərin  ekspertizasını  keçirmək.

- Arxiv  sənədlərinin  bərpasını, cildlənməsini, zərərvericilərdən  və tozdan qorunması  işini  təşkil etmək. 

- Arxiv  fondlarında   saxlanılan  sənədlərin  hərtərəfli  istifadəsi  məqsədi  ilə  elmi-araşdırma  işlərini  aparmaq,  onların  əsasında   plana   uyğun  tədqiqatlar  aparmaq,  nəşrlər  hazırlamaq, sərgilər  təşkil  etmək,  arxivin  rəsmi  veb-saytı  üçün  məlumatı  tərtib  etmək, KİV-də  məqalə  və  çıxışlar  ilə  arxiv  sənədlərini  təbliq  etmək, müşavirə,  konfrans  və  s.   tədbirlər  keçirmək.

- Аrxivin  oxu  zallarında  tədqiqatçılara  işləmək  üçün  lazımı  şərait  yaradaraq  onlara  xidmət  göstərmək.

- Arxiv  dövlət  və  içtimai   idarə,  təşkilat  və  müəssisələrin  rəsmi  sorğularını icra edərək,  müəyyən  olunmuş   qaydada   onlara   sənədlərin  sürətlərini  vermək.

- Vətəndaşların  rəsmi  müraciətlərinə  cavab  olaraq  arxiv sənədləri  əsasında  ödənişsiz  sosial - hüquqi   xarakterli  arayışlar  vermək.

- Digər  arxivlərin  qabaqcıl  iş  təcrübəsini  öyrənmək  və  onlardan istifadə  etmək.