2021-ci il 14 oktyabr tarixində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin (AR Pİİ SSA) Ekspert-yoxlama komissiyasının iclasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin (AR Pİİ) Avtomobil Parkının yeni siyahısı müzakirə edilmişdir. Siyahını tərtib edən Arxiv fondunun mühafizəsi, uçotu və arxiv fondunun istifadəsi şöbəsinin məsləhətçi-arxeoqrafı A.Qəhrəmanova yeni siyahı haqqında məlumat verib bildirmişdir ki, AR Pİİ Avtomobil Parkının əsas fəaliyyət və şəxsi heyət üzrə (1991-1993, 2001-2015-ci illər) sənədlər, əmək haqqı üzrə şəxsi hesablar (2001-2014-cü illər) araşdırılmış, 44 adda saxlama vahidi yeni (Fond 11156, siy.4) siyahıya daxil edilmişdir. Siyahı Ekspert-yoxlama komissiyasının üzvləri tərəfindən müzakirə olunaraq yekdilliklə qəbul edilmişdir. EYK-nin iclasında cari məsələlər də müzakirə olunmuşdur.