Əməkdaşlarımız Rusiya Milli Kitabxanasında

2013-cü ilin noyabr ayında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin əməkdaşları – Arxiv fondunun istifadəsi şöbəsinin müdiri fil.ü.f.d. Lalə Hacıyeva və Elmi araşdırmalar və nəşr şöbəsinin baş elmi işçisi fil.ü.f.d. Şəhla Abdullayeva Sankt-Peterburq şəhərinə ezam olunmuşlar.

Əməkdaşlarımız Rusiya Milli Kitabxanasının “Qəzet fondu”nda və “Milli ədəbiyyat” şöbəsinin jurnal və kitab fondlarında tədqiqat apararaq Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatı ilə bağlı materiallarla tanış olmuş, həmçinin Azərbaycan dilində ərəb qrafikası ilə nəşr olunmuş qəzet və jurnalların ümumi biblioqrafiyasını tərtib etmiş və Azərbaycanda nömrələri mövcud olmayan bəzi mətbu orqanlardakı Azərbaycanla bağlı məqalələrin, bir sıra qəzet nömrələri və kitabların surətini əldə edərək Arxivə gətirmişlər.

Bu materiallar sırasında Qafqazda ilk rusdilli qəzet olan “Tiflisskie vedomosti”, adı Rusiya və Yaxın Şərqdə məşhur olan “Qafqaz”, həmçinin “Kaspi” və “Baku” qəzetlərindən seçilmiş məqalələr, “İrşad” və “Açıq söz” qəzetlərinin bir sıra nömrələri və XIX əsrin sonu-XX əsrin əvvəllərində nəşr olunmuş nadir əsərlər vardır.