8 noyabr 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin əməkdaşları – Arxiv fondunun istifadəsi şöbəsinin müdiri fil.ü.f.d. Lalə Hacıyeva və Elmi araşdırmalar və nəşr şöbəsinin baş elmi işçisi fil.ü.f.d. Şəhla Abdullayeva Sankt-Peterburq Milli Kitabxanasının “Milli ədəbiyyat” şöbəsinin yaranmasının 60 illik yubileyi çərçivəsində keçirilən «СТО И ОДИН: язык, народ, культура в пространстве библиотеки» (“Kitabxana məkanında yüz və bir: dil, xalq və mədəniyyət”) adlı Beynəlxalq elmi-praktiki konfransda iştirak etmişlər.