Səhnəmizin prima balerinası - Qəmər Almaszadə
A+   A-

2015-ci  il  martın  10-da  ilk  Azərbaycan  balerinası,  ilk  qadın  baletmeysterı Qəmər Almaszadənin  100 yaşı  tamam  oldu.  Azərbaycan  mədəniyyətində  əvəzedilməz    yeri  olan, Azərbaycanı  bütün  dünyada  tanıdan   birinci  Şərq  qadın professional  balerinanın   ad  günü  təntənəli  şəkildə  ölkəmizdə  qeyd   edilir. Bu   yüksək  səviyyəli  tədbirlərə  Azərbaycan   Respublikasının  Prezidenti   cənab     İlham Əliyevin  “Qəmər Hacıağa qızı  Almaszadənin   100 illik   yubileyinin   keçirilməsi   haqqında”   4 fevral 2015-ci il tarixli Sərəncamı  təkan  verdi.

     Arxivimizin  zənqin  fondlarında  Qəmər   xanım  Almaszadənin    həyat  və  fəaliyyətı  ilə  bağlı     marağlı  sənədlər  qorunub  saxlanılır. Onlardan  birində   Qəmər   xanımın  vaxtı  ilə  həyat  yoldaşı  olan   bəstəkar  Əfrasiyab  Bədəlbəylinin    Leninqraddan  20  may  1937-ci  ildə   Mir  Cəfər  Bağırova  yazılan  məktubudur (f.1,s.88,s/v.90).  Məktubda  Ə.Bədəlbəyli  yazır  ki, o, çox  xoşbəxtdir ki, 1934-cü  ilin  payızında  onun  və  həyat  yoldaşı  Qəmər Almaszadənin   təhsil  almaq üçün  ezamiyyətə  göndərmək  barədə  müraciyyətlərini   nəzərsiz    qoymayan M.C.Bağırov  öz  şəxsi  göstərişi   ilə  onları   Leninqrada  göndərib.    Qəmər   xanım   Almaszadə   həmin  illərdə  müvəfəqiyyətlə     Leninqrad  xoreoqrafik   məktəbini   bitirərək  M.F.Axundov  adına  Azərbaycan  Dövlət   opera  və  balet    teatrının  prima-balerinası    və  eyni  zamanda  gənc  olduğuna  baxmayaraq  Azərbaycan  Dövlət   xalq  rəqsləri  ansamblına  bədiyi   rəhbərlik edirdi.  Leninqradda  oxuduğu   zaman  Qəmər   xanımın  müəllimi,  dahi  rus  balerinası  Qalina Ulanovanın anası  M.F.Romanova  olub.  

      Əfrasiyab  Bədəlbəyli  isə   Leninqrad  Dövlət   Konservatoriyasının   Musiqi  Məktəbinin   bəstəkarlıq  şöbəsində    oxuyaraq  ilk    Azərbaycan    baletini  yazmaq    tapşırığını   almışdı.  Balet   üçün  yazılan  musiqini  dinləyən  Leninqrad   Dövlət   Konservatoriyasının   professorları birinci  dəfədən  ona  müsbət  rəy  verərək,  qeyd  edirdilər  ki, bu   emosional  zənqinli    və  texniki  cəhətdən  yetişmiş    cox  maraqlı    bir   əsərdir.

   Tələbəlik  illərində    bəstələnən   musiqi  əsasında  Əfrasiyab  Bədəlbəylinin  ilk  Azərbaycan, ümumiyytlə   ilk   Şərq,   baleti  “Qız  qalası” 1940-ci   ildə  səhnədə  qoyuldu  və  baş  rolu -  Qülyanağın obrazını, məhz,   Qəmər    Almaszadə yaratdı.  1948-ci  ildə   Qəmər   xanımın    yeni   xoreoqrafik   redaksiyasında   bu  əsər   səhnədə  bərpa  olundu.

 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin

Arxiv fondunun mühafizə şöbəsinin müdiri Ellazova L.R.


   5143 dəfə baxılıb