Qafqazın ilk rusdilli qəzeti Elmi kitabxanamızda.
A+   A-

Qafqazın ilk rusdilli qəzeti Elmi kitabxanamızda.

Qafqazda ilk rusdilli mətbu orqan “Tiflisskiye vedomosti” qəzeti 1828-ci ildə Tiflisdə işıq üzü görüb. Qəzetin tarixini və mövzu dairəsini ararşdıran gürcü tədqiqatçısı Cuanşer Vateyşvili bu nəşrdə Abas Qulu Ağa Bakıxanovun iştirak etdiyini qeyd edir.

Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya Milli Kitabxanasına ezam olunmuş əməkdaşımız, Arxiv fondunun istifadəsi şöbəsinin müdiri – aparıcı məsləhətçi Lalə Osman qızı Hacıyeva bu qədim nəşrin həmin kitabxanada qorunub saxlanılan nüsxələri arasında Abas Qulu Ağanın qələminə məxsus və ümumiyyətlə Azərbaycana aid materialları aşkar edərək Elmi kitabxanamıza təqdim edib.

   4976 dəfə baxılıb