GENERAL-MAYOR MİR- KAZIMBƏY TALIŞINSKİA+ A-
General-mayor Mir- Kazımbəy Talışınski
Arxiv fondunun sənədləriylə işləyərkən Azərbaycan hərbi tarixinə aid general-mayor Mir- Kazımbəy Talışınski haqqında bir maraqlı sənədə rast qəldim.
Böyük Vətən Müharibəsinin qızğın döyüşləri gedən zaman – 1944-cü ilin aprel ayının 20-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinin katibi Mir Cəfər Bağırovun ünvanına qeneral-mayor Mir- Kazımbəy Talışınski və polkovnik İbrahimağa Vəkilov haqqında araşdırmalar daxil olur.
Cox təəssüflər olsun ki, döyüşcülərin hərbi ruhunun yüksəltmək məqsədilə bu sənədlərdən istifadə edilmir və onlar arxivə təhvil verilərək uzun illər hec kimdə maraq yaratmır ( F.1,siy.29,sax.vah.371, vər.42,50-52).
Çar Rus Ordusunda milliyyətcə azərbaycanlı olan general rütbəsini alanların sırasında general-mayor Mir- Kazımbəy Talışınski də var. O, XIX-cu əsrin əvvəllərində Talış xanlığının hökmdarı olan Mir Mustafa xanın nəticəsidir. Vətənə qulluq, hərbi xidmət bu ailənin qanında, adət-ənənələrində idi, Mir- Kazımbəyin babası və atası həyatlarını hərbi xidmətə həsr etmişdilər – babası Mir Hüseynbəy rus ordusunun poruçiki, atası isə Bakı qarnizonunun kapitanı olub.
Mir-Kazımbəy Talışınski 1855-ci ildə iyulun 17-də Lənkəran şəhərində anadan olub, 10 yaşı olarkən onu Bakıya gətiriblər. Bak real məktəbində orta təhsil alandan sonra, o, Peterburqda Konstantinovski hərbi məktəbdə xüsusi hərbi təhsil alarkən prapopşik rütbəsində Tiflisdə yerləşən 16-ci Mingrel qrenadyor alayına göndərilir, 1889-cu ilədək bu alayda xidmət edərək ştabs-kapitan rutbəsini alır. Qafqaz hərbi dairəsi qərarqahının xüsusi komissiyası sınaqlardan sonra Mir-Kazımbəy Talışınskini yunker hərbi məktəblərində artilleriyadan dərs keçməyə layiq bilərək onu Tiflis yunker hərbi məktəbinə keçirir. 1899-cu ildə Talışınski podpolkovnik pütbəsini alaraq Minskdə yerləşən 119-cu Kolomen piyada qoşunları alayına batalyon komandiri təyin olunur. İki ildən sonra isə hərtərəfli yüksək qiymətləndirilərək Qroznıda yerləşən 82-ci Dağıstan piyada qoşunları alayına batalyon komandiri vəzifəsinə kecirilir.
Rus-yapon müharibəsi zamanı (1904-1905) Talışınskini Benderı şəhərində yerləşən 55-ci piyada batalyonun komandiri olub, müharibədən sonra isə yenidən Qroznıdaki 82-ci Dağıstan piyada qoşunları alayına batalyon komandiri vəzifəsinə təyinatını alıb.
Bu illərdə keçirilən attestasiyaların nəticələri üzrə Mir-Kazımbəy Talışınskini öz zəhmətkeşliyinə, nizam-intizamına görə komandanlıq tərəfindən yüksək qiymətləndirilir: «Достоин назначения командиром отдельного батальона в первую очередь»; «Выдающийся. Безусловно заслуживает скорейшего назначения командиром полка вне очереди с производством в полковники. Первый штабс-офицер в дивизии.»; «Выдающийся. Достоин выдвижения на должность командира пехотного полка в первую очередь».
Nahayyət ki, 1909-cu ildə Talışınski polkovnik rütbəsində Rus imperiyasının ən ucqar ərazisi olan Uzaq Şərqdə 3-cü Sibir atıcı alayına komandir göndərilir. Bütün ömrünü hərbi xidmətə həsr edən 54 yaşlı zabit bu işin də öhdəsindən gözəl gəlir və 1913-cü ilədək çətin şərayitdə müvafiqiəyyətlə alaya rəhbərlik edir. 1913-cü ildə isə 14 il ərzində ailəsindən ayri qalan Mir-Kazımbəy Talışınski general-mayor rütbəsində təqaüdə çıxır və Tiflisə qayıdaraq ailəsinə qovuşur.
İlk baxışdan təvazökar bir zabitin çox sadə həyat hekayəsi. Ancaq, minərlə məhz bu sadə zabitlər bir güclü ordunun bünövrəsini yaradaraq Vətəni qoruyublar. Başqa qenerallarımız kimi Mir-Kazımbəy Talışınski yüksək general-mayor hərbi rütbəsini döyüş meydanlarında çalınan qələbələrə görə deyil, öz zəhmətkeşliyi, zabit adına sadiq olduğuna, rəhbərlik etdiyi hərbi hissələrdə yüksək təlim-tərbiyyə işini etdiyinə görə alsada, bu heç də onun həyatda nail olduğu zirvələri alçaltmır
General-mayor Mir-Kazımbəy Talışınskinin anadan olmasının 160 illiyi ərəfəsində onu yada salaraq, bir də vurğulayaq ki, o, milliyətcə azərbaycanlı, dini müsəlman olan, Rus çar ordusunun yuksək zabit rütbəsinə layıq olanlardan biri idi.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
Siyasi Sənədlər Arxivinin Arxiv fondunun mühafizə şöbəsinin müdiri Ellazova L.R.