2014-cü ilin oktyabr ayında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin Elmi araşdırmalar və nəşr şöbəsinin baş elmi işçisi f.ü.f.d. Şəhla Abdullayeva və Arxiv fondunun mühafizəsi və uçotu şöbəsinin baş fond mühafizəçisi Nərgiz Əsədullayeva Türkiyə Cümhuriyyətinin İstanbul şəhərinə səfər etmişlər. Səfər zamanı əməkdaşlarımız Türkiyə Nazirlər Kabineti Dövlət Arxivləri Baş İdarəsinin İstanbulda yerləşən Osmanlı Arxivində olmuş, burada saxlanılan XIX əsrin sonu-XX əsrin əvvəllərində Osmanlı hökumətinin “erməni problemi”, qondarma “erməni soyqırımı”, eləcə də Azərbaycanda baş verən hadisələrlə bağlı Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi və s. dövlət orqanlarının yazışmalarını əks etdirən bir çox qiymətli sənədlərlə tanış olmuş, mövzu ilə birbaşa bağlı olan sənədlərin surətini Siyasi Sənədlər Arxivinə gətirmişlər.
Eyni zamanda, əməkdaşlarımız Osmanlı Arxivində fondların və sənədlərin tərtibi, sənədlərin mühafizəsi qaydaları, arxiv işinin təşkili, həmçinin Osmanlı Arxivində elektron məlumat bazasının işi ilə yaxından tanış olmuş, yeniliklərlə bağlı bir sıra qeydlər aparmışlar.