Bu günlərdə Arxiv fondunun istifadəsi şöbəsinin məsləhətçisi – arxeoqraf Emma Mixaylovna Filimonovaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 27 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” rəsmən təltif edildiyi medal təqdim olunub. Bu münasibətlə tədbir keçirilərək, Siyasi Sənədlər Arxivinin direktoru Mais Bağırov qocaman əməkdaşımızın fəaliyyətini yüksək qiymətləndirib, onun haqqında ürək açan sözlər söyləyib və təltif olunduğu medalı ona təqdim edib.
Qeyd edək ki, bu E.M.Filimonovanın aldığı artıq ikinci dövlət nişanıdır. 2005-ci ildə onun əməyi dövlət başçısı tərəfindən dəyərləndirilərək, Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Hər zaman iş başında olan və arxiv işini mükəmməl bilən əməkdaşımız Emma Mixaylovna Filimonovanı ürəkdən təbrik edir, ona can sağlığı, uzun ömür arzulayırıq.