2012-ci ilin iyun ayında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin direktoru tarix üzrə fəlsəfə doktoru Mais Bağırov, elmi işlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Lətifə Əliyeva və elmi araşdırmalar və nəşr şöbəsinin elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayeva Amsterdam şəhərinə səfər etmişlər. Səfər zamanı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi ilə Beynəlxalq Sosial Tarix İnstitutu arasında elmi əməkdaşlıq protokolu imzalanmış, həmçinin də İran Tudə Firqəsinin fəaliyyəti haqqında İranın Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Polis İdarəsinin məxfi sənədlərinin, 1945-46-cı illər Azərbaycan Milli Hökumətinin qəbul etdiyi bir sıra sənədlərin surəti Azərbaycana gətirilmişdir.