Ankara və İstanbul

2011-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin elmi araşdırmalar və nəşr şöbəsinin baş elmi işçisi tarix elmləri doktoru Həcər Verdiyeva Ankara və İstanbul şəhərlərinə səfər etmişdir. Səfər zamanı H.Verdiyeva Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Hərb Tarixi və Strateji Araşdırmalar Mərkəzinin (ATASE) arxivində, həmçinin Türkiyə Respublikası Nazirlər Kabineti Dövlət Arxivləri Baş İdarəsinin İstanbul bölməsində saxlanılan, XX əsrin əvvəllərində bölgədə tüğyan edən erməni millətçilərinin törətdikləri cinayətləri açıqlayan sənədlərlə tanış olmuş, problemlə bağlı bir sıra dəyərli sənədlərin surətini və kitabları Siyasi Sənədlər Arxivinə gətirmişdir.