Moskva

img
2010-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin elmi işlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Lətifə Əliyeva Moskva şəhərinə səfər etmişdir. Səfər zamanı L.Əliyeva Rusiya Federasiyası Dövlət Arxivinin (QARF) fəaliyyəti və onun iş üsulları ilə, həmçinin arxivdə saxlanılan bir çox qiymətli sənədlərlə yaxından tanış olmuş,  Rusiya Polis Departamentinin xüsusi şöbəsinin sənədləri sırasından XX əsrin əvvəllərində Azərbaycanda mövcud olan siyasi partiyalar – “Hümmət”, “Difai”, “Eser”, “Kadet”, “Daşnaksütyun” haqqında nadir sənədləri aşkar etmiş, RKP(b)-nin Qafqaz bürosunun protokollarından Nəriman Nərimanovun bu təşkilatda fəaliyyətini əks etdirən bir sıra sənədlərin surətlərini Siyasi Sənədlər Arxivinə gətirmişdir.