Arxivin əməkdaşlarına “Dövlət qulluğunda fərqlənməyə görə” medalları təqdim edilib

   

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 22 iyun 2022-ci il tarixində imzalanmış Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin dörd əməkdaşı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar.

Arxivin direktoru Elmira Ələkbərova təltif olunmuş əməkdaşlara: Beynəlxalq əməkdaşlıq, tərcümə və ictimai əlaqələr bölməsinin müdiri Ş.A.Abdullayeva, Bərpa bölməsinin müdiri A.A.Əhmədov, Sənədlərin istifadəsi və nəşri bölməsinin arxeoqrafı A.Q.Qəhrəmanova və Bərpa bölməsinin bərpaçısı G.N.Bayramovaya medal və vəsiqələri təqdim edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. E.Ələkbərova səmərəli fəaliyyət göstərən dövlət qulluqçularının ənənəvi olaraq peşə bayramları ərəfəsində mükafatlandırılmasının onların əməyinə verilən dəyərin, etimadın göstəricisi olduğunu vurğulayıb və göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib.

https://president.az/az/articles/view/56493