2012-ci ilin avqust ayında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin arxiv fondunun istifadəsi şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Lalə Hacıyeva Sankt-Peterburq şəhərində olmuş, Sankt-Peterburqda yerləşən Rusiya Milli Kitabxanasından Azərbaycanın ilk mətbu orqanı olan “Bakinskiy listok” (1871-1872) qəzetinin bütün nömrələrinin surətini əldə edərək Siyasi Sənədlər Arxivinə təhvil vermişdir.