“Bakı nefti, qələbənin açarı. Şərəfli keçmiş, işıqlı gələcək. 1941-1945”
A+   A-

Fevralın 16-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri, AMEA-nın həqiqi üzvü Ziyad Səmədzadənin rəhbərliyi ilə hazırlanmış “Bakı nefti, qələbənin açarı. Şərəfli keçmiş, işıqlı gələcək. 1941-1945” adlı kitabın təqdimat mərasimi keçirilib. Kitab Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 23 fevral 2015-ci il tarixində imzaladığı “1941-1945-ci illər müharibəsində qələbənin 70-illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncama əsasən ərsəyə gətirilmişdir. Kitab geniş və əhatəli mündəricata malikdir: “Veteranlar bizim sərvətimizdir və şərəfimizdir”, “Bakı nefti dünya siyasətinin tərkib hissəsidir”, “Bakı neftinin qələbədə əvəzolunmaz rolu (faktlar və sənədlər) və digər bölmələrdə Bakı əhalisinin və bütövlükdə Azərbaycan xalqının 1941-1945-ci illər müharibəsində və faşizm üzərində qələbə çalınmasında danılmaz rolu işıqlandırılır. Xüsusilə Azərbaycan neftçilərinin, neft-kimya və maşınqayırma sənayesi işçilərinin, dəmiryolçularının, dəniz donanmasının, tibb işçilərinin əməyi kitabda öz əksini tapır.

Kitabın təqdimetmə mərasimi münasibətilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində sərqi təşkil olunub və sərginin “1941-1945-ci illər müharibə iştirakçılarına və veteranlara qayğı və diqqət”, “Böyük Vətən müharibəsi tariximizin yaddaşında. 1941-1945”, “Boyevoy Listok” adlı stendlərində Ümummili lider Heydər Əliyevin veteranlarla görüşləri, onlara göstərdiyi diqqət və qayğı fotoşəkillərdə və imzaladığı sənədlərdə öz əksini tapır. İllər ötdükcə veteranların sıraları daralır. Bu gün dövlət qayğısıyla həm də Qarabağ müharibəsi veteranları və şəhid ailələri əhatə olunur. Prezident İlham Əliyevin imzaladığı sərəncamlar bunun baris nümunəsidir.

“Böyük Vətən müharibəsi tariximizin yaddaşında” adlı stenddə Bakı neftinin dünya siyasətində və Sovet dövlətinin bu müharibədə qələbə qazanmasında danılmaz rolu dövrün ayrı-ayrı siyasətçilərinin fikirlərində yer alır.

 

   1133 dəfə baxılıb