TARİXİMİZİN QƏHRƏMANLIQ SƏHİFƏLƏRİ
A+   A-

AzərbaycanRespublikasıPrezidentinin

İşlərİdarəsininSiyasiSənədlərArxivinin

Arxiv fondunun mühafizə şöbəsinin baş

fond mühafizəçisi Əsədullayeva N. M.

 

Tariximizin qəhrəmanlıq səhifələri

 

Azərbaycan  Respublikası  Prezidentinin  İşlər  İdarəsinin  Siyasi  Sənədlər  Arxivində  araşdırılan  sənədlərin  içərisində  Sovet  İttifaqı  Qəhrəmanı  Mehdi  Hüseynzadəyə  həsr  olunmuş  xatirələr, şeirlər, fotoşəkil diqqəti cəlb edir (AR Pİİ SSA, f.1, siy.43, iş 402). Hətta heç vaxt əlinə qələm almayan insanlar belə Mehdinin qəhrəmanlığından ilham alıb, ona şeirlər vəsf etmiş, əfsanəvi döyüşçünü əsərlərin müsbət qəhrəmanı kimi oxuculara təqdim etmişlər.

Qəhrəmanlar ölmür, onlar ürəklərdə əbədilik qazanır, xatirələrdə daimi yaşayırlar. Bəlkə də tarix ona görə ədalətlidir ki, “Əmanətə xəyanət olmaz” kəlamına söykənir. Qəhrəmanların yaşadıqları dövrdə tarixin sinəsində açdıqları cığırları ot-alaq basa bilməz.

Tanrı onu qəhrəman kimi yaratmışdı. Onu əfsanəyə çevirən nə idi? Yəqin ki, həqiqətin ilahi vəhdəti... Söhbət qəhrəmanlığı ilə faşistləri lərzəyə salmış əfsanəvi partizan, kəşfiyyatçı, leytenant, ən nəhayət, komsomolçu Mehdi Hüseynzadədən gedir.

Siyasi Sənədlər Arxivində rastlaşdığımız sənədlərdən birində dostları onu belə xatırlayır: “Günəşli yanvar günlərindən birində briqadamızın Sanoviy yaylasında yerləşdiyi zaman bizim batalyona Mehdi Hüseynzadənin başçılığı ilə tərkibində 39 insan olan bir qrup sovetlər gəlmişdir. Onlar İtaliya və Alman avtomatları ilə yaxşıca silahlanmışdılar.

İndiyədək Mehdini xatırlayıram: o, 23-24 yaşlı, qarabuğdayı, tünd rəngli saçlı, enlikürəkli, ortadan bir az hündürboylu bir gənc idi. Onun əynində idman şalvarı və plaş-çadırdan tikilmiş frenç kurtka var idi. Kurtkanın altında onun istilik düşənədək əynindən çıxarmadığı qolsuz kürk var idi. Onun ayağında tikanlı İtaliya alpinist çəkmələri var idi. Onun başını beşgüşəli ulduzlu İspaniya pilotkası  bəzəyirdi” (AR Pİİ SSA, f.1, siy.43, iş 402, vər.24).

M.Hüseynzadənin cəbhə dostu Q. Jilyayev yazır: “...O özü korpus emalatxanalarında müxtəlif sistemli gec açılan və saat maxanizmli, elektrik və kimyəvi fuqas və minaları düzəldirdi. Diversiya məktəbində Hüseynzadə həmçinin partizan diversiya taktikasının nəzəriyyəsini keçmişdir, onun təcrübəsi o zamanadək böyük idi. Mehdi hitlerçilərin partizan diversantları ilə apardığı bütün faşist hiyləgərliklərini və kələklərini yaxşı bilirdi.

Mehdi çox yaxşı minaçı idi və o bunu bir çox körpülərin minalanması və dəmir yollarının dağılması ilə, bir çox faktlarla sübut etmişdir. Mehdi Hüseynzadə sakit və ehtimalla hərəkət edən qorxmaz, cəsur döyüşçü idi. Diversiyalar üçün hər dəfə öz bacarığını təkmilləşdirərək və yeni metod və üsullar axtarmaqla Mehdi müxtəlif vasitələrdən istifadə edirdi. Mehdi Hüseynzadənin törətdiyi bütün diversiyaları təsvir etmək mümkün deyil, bunun üçün qısa olaraq onlardan bir neçəsinə toxunmaq istərdim.

... Diversiya üçün Mehdi bütün növ maskalanmadan istifadə edirdi. O həm əsgər, unter-zabit adı ilə Alman formasını geyinirdi, həm İtaliya “karabinerlərinin” polis formasını, həm də müxtəlif mülki paltarlarını geyinirdi (AR Pİİ SSA, f.1, siy.43, iş 402, vər.26)

 “...Daha bir xarakterik hadisə. Sovet batalyonuna bayraq üçün qırmızı ipəkparça tələb olunurdu. Biz uzun müddət onu tapa bilmirdik. Bizim tələbatımız barədə öyrəndikdə Mehdi parçanı tapmağa söz verdi. Bu hadisədən bir aydan çox vaxt keçdi, lakin Mehdi hələ parçanı gətirib çıxarmamışdı. Biz düşünürdük ki, komandanlığın tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı  Mehdi öz gündəlik çətin işləri arasında çoxdan bizim xahiş barədə unudub. 1944-cu ilin yağışlı may günlərindən birində Mehdinin Sovet batalyonun qərargahına qırmızı ipək  parçanı gətirən zaman, hansından ki sonralar iki bayraq tikildi, bizim sevinc və heyrətimizin həddi-hüdudu olmadı (AR Pİİ SSA, f.1, siy.43, iş 402, vər.35).

 “...Mehdi Hüseynzadə barədə xəbərlər Dənizkənarı Sloveniyada o qədər yayılmışdı ki, Mehdi azad olunmuş partizan kəndlərində peyda olunurdusa, yerli əhali ona qarşı ən xoş hisslərini göstərir və onu qonaq etməyə tələsir və sadəçə məşhurlaşmış qəhrəmana baxmağa çalışırdı. O zamanlaradək 10 mindən artıq döyüşçüsü olan Doqquzuncu partizan korpusunda Mehdi ən görkəmli şəxs idi və hamı tərəfdən hörmət bəslənən və hərarətlə sevilən döyüşçü idi (AR Pİİ SSA, f.1, siy.43, iş 402, vər.37).

1944-cü ilin noyabrında bu cəsur döyüşçü növbəti tapşırığa hazırlaşırdı. Bu dəfə Mehdi almanların ləvazimat anbarını partlatmaq tapşırığını almışdı. Tapşırığı uğurla başa vuran M. Hüseynzadə korpus qərargahına qayıdarkən yolda Vitole kəndində faşistlərlə rastlaşdı. Cəsur partizan son nəfəsədək qəhrəmanlıqla döyüşdü. Düşmən çox amansız idi. Ələ keçməmək üçün Mehdi son gülləni köksünə sıxdı. Məslək yoldaşları Mehdini hörmət-izzətlə Çepovan kəndində torpağa tapşırdılar. O günü onlar belə xatırlayırlar: “Mixaylonun qəhrəmancasına həlak olması barədə dəhşətli xəbər bütün Dənizkənarı Sloveniyada tez yayılmışdır. Onun ölümü bütün 10 minlik Doqquzuncu partizan korpusunu və Dənizkənarı Sloveniyada adi insanları belə kədərlənmişdir. Mehdinin ölümü barədə marşal Titoya məlumat verilmişdir. Mehdi Hüseynzadənin dəfn edilməsi günü – 1944-cü ilin 19 noyabrında marşal Tito Doqquzuncu korpusun qərargahına başsağlığı ifadə edən radioqram göndərmişdir. Mərd diversantı son mənzilə yola salmağa bir neçə min partizan və ətraf  kəndlərin əhalisi gəlmişdir. Bir çox adamlar 25-30 və daha artıq kilometdən uzaq məsafədən gəlmişdir.

Çepovan dərəsinin üzərində o gün qara buludlar var idi. Kiçik, çətinliklə hiss edilən yağış yağırdı, sanki təbiət özü igid diversant partizanın həlak edilməsi ilə bağlı ağlayırdı.

Dəfn mərasiminə çoxsaylı canlı güllər və əkillər gətirilmişdir. Dəfn mərasimi keçirilən yer, Podçepovandan Çepovanadək yol başlarını ağır itki qarşısında aşağı salmış insan axını və döyüşçü partizanla dolu idi.

Dəfn mərasimi korpusun nəfəsli orkestrinin musiqisi altında Çepovana tərəf gedirdi. Mehdini son mənzilə onun yaxın dostları, həmyerliləri və Doqquzuncu korpusun qərargahından, 30 və 31-ci diviziyanın qərargahlarından, Mehdi Hüseynzadənin xidmət etdiyi 18-ci “Bazovşik” zərbəçi briqadasından olan Yuqoslaviyalı yoldaşları yola salmışlar” (AR Pİİ SSA, f.1, siy.43, iş 402, vər. 44-45, 48-51).

M.Hüseynzadənin baş daşı üstündə onun qəhrəmanlığını sübut edən “Rahat yat, Azərbaycan xalqının qəhrəman oğlu, əzizimiz Mehdi. Azadlıq, hünər göstərdiyin rəşadət dostlarının qəlbində daim yaşayacaqdır” sözləri gənclərimizi, yetişməkdə olan yeni nəsli qəhrəmanlığa, qurub-yaratmağa səsləyir.

10 iyun 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Sloveniya Respublikasının Prezidenti Türk Novo Qoritsa şəhərində Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan xalqının igid oğlu Mehdi Hüseynzadənin memorialını ziyarət etmişlər. Dövlət başçıları əfsanəvi qəhrəmanın memorial muzeyinin açılışında da iştirak etmişlər.

   6014 dəfə baxılıb