Siyasi Sənədlər Arxivində ali məktəb tələbələrinin elmi-tədqiqat təcrübələri keçirilmişdir

Siyasi Sənədlər Arxivində ali məktəb tələbələrinin elmi-tədqiqat təcrübələri keçirilmişdir

2018-ci il 19-28 fevral tarixində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin 2017-2018-ci tədris ilində bakalavriat ali təhsil pilləsində əyani və qiyabi təhsil alan IV kurs tələbələrinin elmi-tədqiqat təcrübələri keçirilmişdir.

Təcrübə müddətində tələbələr aşağıdakı işlərlə yaxından tanış olmuşlar:

Həmçinin, tələbələrə ümummilli lider Heydər Əliyevin şəxsi kitabxanasından Arxivə hədiyyə edilmiş elmi ədəbiyyat, elmi kitabxananın xüsusi fondunda mühafizə olunan nadir kitablar və mühafizəxanaların iş rejimi haqqında geniş məlumat verilmişdir.

 19 fevral-26 may tarixində Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinin 2017-2018-ci tədris ilində bakalavriat ali təhsil pilləsində əyani təhsil alan IV kurs tələbələrinin elmi-tədqiqat təcrübələri keçirilmişdir. Tələbələr elmi kitabxanada saxlanılan nadir kitablar, Azərbaycan, rus və ingilis dilində olan bir sıra arxiv sənədləri, eləcə də sənəd və kitabların sistemləşdirilmə işi ilə yaxından tanış olmuşlar