• TARİX UNUTMAYACAQDIR
    TARİX UNUTMAYACAQDIR
  • Xocalıya Ədalət - Həqiqət uğrunda aparılan mübarizədir. Cinayət cəzasız qalmayacaqdır !
    Xocalıya Ədalət - Həqiqət uğrunda aparılan mübarizədir. Cinayət cəzasız qalmayacaqdır !
  • Reuters agentliyinin əməkdaşı Frederik Lenqeyn 1992-ci ildə Xocalıda gördüklərini çəkib
    Reuters agentliyinin əməkdaşı Frederik Lenqeyn 1992-ci ildə Xocalıda gördüklərini çəkib
  • Reuters agentliyinin əməkdaşı Frederik Lenqeyn 1992-ci ildə Xocalıda gördüklərini çəkib
    Reuters agentliyinin əməkdaşı Frederik Lenqeyn 1992-ci ildə Xocalıda gördüklərini çəkib
  • Reuters agentliyinin əməkdaşı Frederik Lenqeyn 1992-ci ildə Xocalıda gördüklərini çəkib
    Reuters agentliyinin əməkdaşı Frederik Lenqeyn 1992-ci ildə Xocalıda gördüklərini çəkib
  • Reuters agentliyinin əməkdaşı Frederik Lenqeyn 1992-ci ildə Xocalıda gördüklərini çəkib
    Reuters agentliyinin əməkdaşı Frederik Lenqeyn 1992-ci ildə Xocalıda gördüklərini çəkib
  •  Reuters agentliyinin əməkdaşı Frederik Lenqeyn 1992-ci ildə Xocalıda gördüklərini çəkib
    Reuters agentliyinin əməkdaşı Frederik Lenqeyn 1992-ci ildə Xocalıda gördüklərini çəkib
  • 1992-ci il mart ayının ilk günlərində Xocalıda rusiyalı jurnalist Viktoriya İvleyeva tərəfindən çəkilən fotoşəkil
    1992-ci il mart ayının ilk günlərində Xocalıda rusiyalı jurnalist Viktoriya İvleyeva tərəfindən çəkilən fotoşəkil
  • Xocalı şəhərinin küçəsi, 1992-ci ilin fevralı
    Xocalı şəhərinin küçəsi, 1992-ci ilin fevralı

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.

Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur.

Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.

 

Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:

uşaqlar -         63 nəfər;

qadınlar -        106 nəfər;

qocalar -         70 nəfər.

8 ailə tamamilə məhv edilmişdir.

25 uşaq hər iki valideynini itirmişdir.

130 uşaq valideynlərindən birini itirmişdir

487 nəfər yaralanmışdır, onlardan:

uşaqlar -         76 nəfər;

1275 nəfər əsir götürülmüşdür.

150 nəfər itkin düşmüşdür.

 

Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.

Bu rəqəmlər Ermənistan SSR-in dəstəyi və SSRİ rəhbərliyinin səhlənkarlığı ilə 1988-ci ildə başlamış və Azərbaycan SSR-in tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən xəbər verir.

XOCALI - ƏSAS HƏDƏF

Erməni silahlı dəstələrinin Xocalıya hücümunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. 7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əskəran -Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da Xocalıdadır.

Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi adibələr indiyə qədər qalmaqdadır.

Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri - daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin burada memarlıq abidələri - dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır.

Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi.

Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti-türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş azərbaycanlıların bəziləri şəhərdə məskunlaşmışdılar.

Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əskəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan hava limanının ələ keçirilməsi idi.

"Xocalı platsdarmının məhv edilməsi" sözlərinə diqqət yetirin. İndi söylənilən bu ifadə ermənilər tərəfindən törədilmiş qanlı qırğının, kütləvi surətdə uşaqların, qadınların, qocaların məhv edilməsinin səbəbini aydın göstərir.

FACİƏNİN XRONİKASI

Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.

Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.

Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu, məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əskəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.

Bu hadisələr regiona İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfəri günlərinə təsadüf etmişdir. O, fevralın 25-də Azərbaycanın hakimiyyət rəhbərləri ilə görüşmüş və fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər planlaşdırırdı. Bununla əlaqədar olaraq tərəflərin razılığı ilə fevralın 27-dən martın 1-dək üçgünlük atəşkəs elan edilmişdi. Ermənilər ona məhəl qoymadılar və vədlərinə xilaf çıxdılar.

Oxşar vəziyyət fevralın 12-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurasının missiyasının vəziyyətlə tanışlıq və münaqişənin tənzimlənməsi məsələlərinin təhlili məqsədilə Qarabağa gəldiyi zaman da baş vermişdi. Missiya sonra Yerevana və Bakıya səfər etməli idi. Məhz fevralın 12-də erməni silahlı dəstələri tərəfindən Şuşanın Malıbəyli və Quşçular kəndləri qarət edilmiş və yandırılmışdır, təkcə Malıbəylidə 50 nəfər öldürülmüş, yaralanmış və əsir götürülmüşdür.

Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.

Fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi - düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.

BU VƏHŞİLİKLƏR HAQQINDA XARİCİ MƏTBUATIN YAZDIQLARINDAN:

Krua l'Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər.

Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.

Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.

Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.

Tayms qəzeti (London), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.

İzvestiya (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.

Faynenşl Tayms qəzeti (London), 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır.

Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.

İzvestiya (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.

Valer aktuel jurnalı (Paris), 14 mart 1992-ci il: Bu "muxtar regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər.

R. Patrik, İngiltərənin "Fant men nyus" teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur): Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz. "Memorial" hüquq-müdafiə mərkəzinin hesabatından:

Xocalı 1991-ci ilin payızından erməni silahlı dəstələri tərəfindən əsasən blokadaya alınmışdı, Dağlıq Qarabağdan daxili qoşunlar çıxarılandan sonra isə tam blokadada idi. 1992-ci ilin yanvarından Xocalıya elektrik enerjisi verilmirdi. 1992-ci il fevralın 25-də Xocalıya erməni silahlı dəstələrinin hücumu başlandı.

HÜCUMUN İŞTİRAKÇILARI

Hücumda zirehli texnikanın- zirehli maşınların, piyadaların döyüş maşınlarının və tankların dəstəyi ilə Artsaxın Milli Azadlıq Ordusunun (AMAO) hissələri iştirak edirdi. Sovet Ordusunun 366-cı alayının hərbiçilərinin iştirakı Təqribən bütün Xocalı qaçqınlarının söylədiklərinə görə, şəhərə hücumda 366-cı alayının hərbiçiləri iştirak edirdi, hətta onlardan bəziləri şəhərə də girmişdilər.

HÜCUMUN GEDİŞATI

Xocalı fevralın 25-də saat 23-dən toplardan atəşə tutulmağa başlanmışdır. İlk növbədə yaşayış massivində yerləşən kazarma və müdafiə nöqtələri dağıdılmışdı. Piyada hissələr şəhərə fevralın 26-ı saat 1-4 arası girmişdir. Sonuncu müdafiə nöqtəsi saat 7-də məhv edilmişdir.

Şəhərin gülləboranı nəticəsində dinc əhalinin müəyyənləşdirilməmiş miqdarda əmlakı dağılmışdır. Əhalinin çıxması üçün azad dəhliz Ağdam və Bakıda Memorialın müşahidəçiləri Xocalıya hücum zamanı şəhəri tərk etmiş 60 nəfərlə sorğu-sual etmişlər. Soruşulanlardan ancaq biri söyləmişdir ki, dəhliz barədə məlumatı olmuşdur.

Azad dəhlizlə qaçan əhali Azərbaycanın Ağdam rayonuna qovuşan ərazidə gülləyə tutulmuşdu və nəticədə çoxlu sayda insan həlak olmuşdur.

ŞƏHƏRDƏ QALMIŞ ƏHALİNİN MÜQƏDDƏRATI

Şəhər erməni silahlı dəstələri tərəfindən zəbt ediləndə orada 300 dinc əhali, o cümlədən 86 məshəti-türkü qalmışdı.

Hər iki tərəfdən alınmış məlumata əsasən, 1992-ci il martın 3-nə Azərbaycan tərəfinə 700-dən artıq şəhərdə və Ağdam yolunda əsir götürülmüş Xocalı sakini təhvil verilmişdir. Onların əsas hissəsini qadınlar və uşaqlar təşkil edirdi.

Əsir düşmüş əhali və Xocalı müdafiəçilərinin saxlanılma şəraiti Müvəqqəti saxlanılma təcridxanasının rəisi mayor Xaçaturyan hətta bir neçə dəqiqəlik təklikdə danışmağa icazə vermədi. Təsadüfən bir dəfə belə söhbət etmək mümkün oldu.

XOCALI SAKİNLƏRİNİN ƏMLAKI

Şəhərdən qaçan Xocalı sakinləri hətta zəruri əşyaları belə götürə bilməmişdilər. Erməni silahlı qüvvələrinin Xocalıdan çıxardıqları sakinlər də əmlaklarından heç nə götürməmişdilər.

Memorialın müşahidəçiləri şəhərdə azğın, heç nə ilə qarşısı alınmayan soyğunçuluğun şahidi olmuşlar. Şəhərdə qalan əmlak Stepanakert və yaxınlıqdakı yaşayış məntəqələrinin əhalisi tərəfindən daşınırdı. Çox evlərin darvazalarında onların yeni sahiblərinin adları yazılmışdır. Alınmış məlumatların qiymətləndirilməsi Xocalının zəbt olunması üzrə həyata keçirilmiş hərbi əməliyyat zamanı şəhərin dinc əhalisinə qarşı kütləvi zorakılıq törədilmişdir.

Azad dəhliz barədə məlumat Xocalının əhalisinin çoxuna çatdırılmamışdır. Azad dəhliz və onun yaxınlığındakı ərazidə dinc əhalinin kütləvi qırğınına heç bir cəhdlə haqq qazandırmaq olmaz.

Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbiçiləri iştirak etmişdir.

Memorial Hüquq-müdafiə Mərkəzi təsdiq edir ki, Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə konvensiyasına, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyası 10.12.1948-ci ildə qəbul etmişdir) aşağıdakı maddələrinə kobud qaydada ziddir:

Maddə 2. Hər bir şəxs dilindən, dinindən, milliyyətindən və digər səbəbdən, fərq qoyulmadan bu Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır.

Maddə 3. Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.

Maddə 5. İnsan ləyaqətini alçaldan, insaniyyətlikdən kənar və qəddar hərəkətlər qadağandır.

Maddə 9. Özbaşına həbslər, saxlanılmalar və ya qovulmalar qadağandır.

Maddə 17. Hər bir insanın əmlaka malik olma hüququ vardır və insanın əmlakdan özbaşına məhrum edilməsi qadağandır.

Silahlı dəstələrin hərəkətləri Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə (BMT-nin Baş Assambleyası 14.12.1974-cü ildə qəbul etmişdir) kobud qaydada ziddir.

366-CI ALAY

Xocalı soyqırımında 366-cı alayın rolunu xüsusi qeyd etmək lazımdır. Bu alay Şuşa və Xocalının, Azərbaycanın kəndlərinin atəşə tutulmasında dəfələrlə iştirak etmişdir. Alaydan qaçmış hərbiçilərin ifadələri bu faktları sübut edir və hərbi hissənin şəxsi heyətinin mənəvi durumu və münasibətləri haqqında təsəvvür yaradır. 366-cı alayın təcili surətdə Xankəndidən çıxarılması da bu alayın Xocalı hadisələrində iştirakını sübut edir.

Hərbi hissənin komanda heyətinin mənəviyyatsızlığı o həddə çatmışdır ki, guya əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədilər. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfəri, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbiçı əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi. Beləliklə də gələcəkdə Azərbaycana qarşı cinayətlərin törədilməsi, separatçılıq hərəkətlərinin davam etdirilməsinə rəvac verildi. Bunun özü də Xocalı soyqırımında birbaşa iştirakın sübutudur!

Erməni silahlı dəstələri və 366-cı motoatıcı alayın şəxsi heyəti Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasında iştirak etmiş üzvləri Xocalı şəhərində törədilmiş vandalizmin əsas cinayətkarlarıdır.

Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktlara - Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, Vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Saziş, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə həyasızcasına məhəl qoyulmamasıdır.

TARİX UNUTMAYACAQDIR

Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı "Xocalı soyqırımı günü" elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.

Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək barədə müraciətlər edirlər.

Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Təəssüf ki, XX əsrdə soyqırım və etnik təmizləmə hadisələri baş vermiş tarixi səhifələr olmuşdur. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərinə aiddir. Hal-hazırda bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcək və onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.

 

XOCALI FACİƏSİ ZAMANI ŞƏHİD OLANLARIN SİYAHISI

S/s

Soyadı, adı, atasının adı

Doğum  tarixi

1.

Abbasov Vahid Muxtar oğlu

1972

2.

Abbasov Vəliyəddin Umudvar oğlu

1963

3.

Abbasov Eyvaz Kamran oğlu

1983

4.

Abbasov Elxan Kamran oğlu

1970

5.

Abbasov Knyaz Əliqulu oğlu

1963

6.

Abbasov Mütəllib Əli oğlu

1972

7.

Abbasov Savalan İsmayıl oğlu

1909

8.

Abbasov Taleh Umudvar oğlu

1961

9.

Abbasova Suqra Əliş qızı

1917

10.

Abbasova Həmayıl Canış qızı

1940

11.

Abbasova Əntiqə Heydər qızı

1935

12.

Abdinov Samir Əmir oğlu

1973

13.

Abdullayev İlham Bayram oğlu

1973

14.

Abdullayev Yalçın Müzəffər oğlu

1970

15.

Abdullayev Yusif Qoca oğlu

1932

16.

Abdullayev Mahir Tanrıverdi oğlu

1971

17.

Abdullayev Mahir Şahmar oğlu

 1971

18.

Abdullayev Müsaməddin Yaqub oğlu

1961

19.

Abdullayev Rafiq İngilis oğlu

1969

20.

Abdullayev Sərvan Şahmar oğlu

1979

21.

Abdullayev Ələddin Salman oğlu

1952

22.

Abdullayeva Maya Saleh qızı

1908

23.

Abdullayeva Maya Sərhad qızı

1986

24.

Abışov Eyvaz Talıb oğlu

1950

25.

Abışov Elşad Qiyas oğlu

1967

26.

Abışov Etibar Mövsüm oğlu

1965

27.

Abışov Mobil Mövsüm oğlu

1968

28.

Abışov Səadət Niyaz oğlu

1967

29.

Abışov Çingiz Nazim oğlu

1985

30.

Abışov Habil Mövsüm oğlu

1966

31.

Abışov Əli Əbdül oğlu

1918

32.

Abışova Minarə Rəhim qızı

1910

33.

Abışova Mədinə Bədirxan qızı

1908

34.

Abışova Məryəm Məşədi qızı

1932

35.

Abışova Məruzə Məhəmməd qızı

1930

36.

Abışova Məhbubə Qurban qızı

1960

37.

Abışova Çinarə Nazim qızı

  1982

38.

Abışova Gülzar Gülalı qızı

1964

39.

Azadov İlham Əyyub oğlu

1962

40.

Allahverdiyev Bəhram Mumuş oğlu

1975

41.

Allahverdiyev Bəhram Hidayət oğlu

1976

42.

Allahverdiyev Vidadi Müsül oğlu

1977

43.

Allahverdiyev Zabil Əkbər oğlu 

1967

44.

Allahverdiyev Ziyadxan Salah oğlu

1957

45.

Allahverdiyev İlham Baxşeyiş oğlu

1963

46.

Allahverdiyev Mahir Novruz oğlu

1975

47.

Allahverdiyev Mumuş Bəhram oğlu

1923

48.

Allahverdiyev Novruz Salah oğlu

1947

49.

Allahverdiyev Salah İmamqulu oğlu

1918

50.

Allahverdiyev Hidayət Bəhram oğlu

1936

51.

Allahverdiyeva Validə Astan qızı

1963

52.

Allahverdiyeva İradə Astan qızı

 1965

53.

Allahverdiyeva Kifayət Hüseynalı qızı

1942

54.

Allahverdiyeva Ayşən Murat qızı

1991

55.

Allahverdiyeva Teybə Nəbi qızı

1933

56.

Allahyarov Etibar Baloğlan oğlu

1968

57.

Allahyarova Qəmzə Qaraş qızı

1940

58.

Allahyarova Şəfiqə Zeynal qızı

1969

59.

Alıyev Möhü Məhəmməd oğlu

1928

60.

Alışanov Əliqulu Tohid oğlu

1972

61.

Alışov Kazım Şura oğlu

1960

62.

Aslanov Qulu Bəhram oğlu

1927

63.

Aslanov Qəzənfər Qurban oğlu

 1937

64.

Aslanov İqbal Qulu oğlu

1970

65.

Aslanov Xəqani Kazım oğlu

1955

66.

Aslanova Elnarə Tofiq qızı

1978

67.

Aslanova Gülsabah Qəyyum qızı

1972

68.

Atakişiyev Eldəniz Qaçay oğlu

1959

69.

Atakişiyev Fərhad Rəhman oğlu

1970

70.

Ağayarov Nəbi İsak oğlu

1981

71.

Ağayarov Roman İsak oğlu

1986

72.

Ağayarova Züleyxa Yunis qızı

1965

73.

Ağayarova Sevinc İsak qızı

1985

74.

Ağayev Adil Akif oğlu

1969

75.

Ağayev Allahverdi Səttar oğlu

1982

76.

Ağayev Vidadi Şəmsəddin oğlu

1960

77.

Ağayev Elçin Vaqif oğlu

1965

78.

Ağayev Elşən Şükür oğlu

1965

79.

Ağayev Zahid Səttar oğlu

1963

80.

Ağayev Mübariz Ərşad oğlu

1970

81.

Ağayev Rasim Mirsalah oğlu

1967

82.

Ağayev Rövşən Məmməd oğlu

1966

83.

Ağayev Saleh Quba oğlu

1956

84.

Ağalarov Sadiq Şirxan oğlu

1932

85.

Ağalarova Güllü Surxay qızı

1934

86.

Babayev Bakir Bəbir oğlu

1965

87.

Babayev Bəbir Əsgər oğlu

1942

88.

Babayev Qədir Əsgər oğlu

1935

89.

Babayev Ramiz Şəfa oğlu

1970

90.

Babayev Telman Alı oğlu

1949

91.

Babayeva Qəribə Muxtar qızı

1938

92.

Babayeva Fənar Fərman qızı

1943

93.

Bayramov Zahid Tapdıq oğlu

1964

94.

Bayramov Məzahir Oruc oğlu

1963

95.

Bayramov Rövşən Tapdıq oğlu

1969

96.

Bayramov Tahir Rafiq oğlu

1973

97.

Bayramov Habil Nağı oğlu

1968

98.

Bayramov Cəllad Səməd oğlu

1948

99.

Bağırov Bəhmən Yaqub oğlu

1966

100.

Bağırov Elşən Həsən oğlu

1965

101.

Bağırova Zəhra Sarı qızı

1930

102.

Bağırova Nailə Həsən qızı

1956

103.

Behbudov Abbas Behbud oğlu

1973

104.

Behbudov Adil Behbud oğlu

1956

105.

Behbudov Vaqif Yusif oğlu

1963

106.

Behbudova Sürəyya İbrahim qızı

 1930

107.

Behbudova Gülbahar Yusif qızı

1968

108.

Behbudova Gülnaz Yusif qızı

1962

109.

Bidzinov Zeynali Məmməd oğlu

1958

110.

Bidzinov Maqsud Alı oğlu

1928

111.

Bilalov Namiq Məhəmməd oğlu

1961

112.

Binnətov Rövşən Cəlil oğlu

1975

113.

Binəliyev Cabbar Gülalı oğlu

1969

114.

Binəliyev Əlili Gülalı oğlu

1967

115.

Budko Dmitri Nikolayeviç

1930

116.

Bəbirov Tofiq Niftalı oğlu

1966

117.

Bədişov Əli Rəis oğlu

1968

118.

Bəylərov Bəylər Novruz oğlu

  1954

119.

Bəxtiyarov Kamil Murtuza oğlu 

1973

120.

Bəşirov Fəxrəddin Çərkəz oğlu

1966

121.

Bəşirov Ceyhun Bəşir oğlu 

1967

122.

Bəhmənov Akif Vaqif oğlu

1974

123.

Bəhmənova Dilarə Məhərrəm qızı

1950

124.

Vəliyev Ağasəf Zakir oğlu

1986

125.

Vəliyev Firdovsi Fazil oğlu 

 1966

126.

Vəliyev Əli İman oğlu 

 1962

127.

Vəliyeva Nazilə Kamil qızı 

1966

128.

Vəliyeva güldanə Zakir qızı

1989

129.

Qarayev Asif Qarakişi oğlu

1953

130.

Qarayev Saleh Asif oğlu

1982

131.

Qarayev Yusifəli Süleyman oğlu

1961

132.

Qasımov Ağa Bayram oğlu

1930

133.

Qasımov Yaşar Qaytaran oğlu 

1964

134.

Qasımov Ənvər Bahadur oğlu 

1925

135.

Qasımova Nərminə Nizami qızı

1984

136.

Qasımova Rəsmiyyə Ağa qızı

1960

137.

Qocayev Güman Əvəz oğlu

1941

138.

Quliyev Aqil Sahib oğlu

1963

139.

Quliyev Vüqar Zahid oğlu 

1975

140.

Quliyev Qənimət Əli oğlu

1936

141.

Quliyev Elçin Balaxan oğlu 

 1965

142.

Quliyev Zakir Lətif oğlu

1965

143.

Quliyev Zəkara Qəmış oğlu

1932

144.

Quliyev İslam İdris oğlu 

1957

145.

Quliyev İsmayıl Qənimət oğlu 

 1969

146.

Quliyev Mikayıl Zahid oğlu

1967

147.

Quliyev Mətləb Qənimət oğlu

1963

148.

Quliyev Natiq Vəliyəddin oğlu 

1972

149.

Quliyev Samir Taleh oğlu

  1990

150.

Quliyev Taleh Zəkara oğlu 

1967

151.

Quliyev Tahir Soltan oğlu 

1956

152.

Quliyev Fərhad Səfər oğlu 

1970

153.

Quliyev Şahbaz Mürsəl oğlu

1924

154.

Quliyev Şükür Bərxudar oğlu

1949

155.

Quliyev Şükür Qaryağdı oğlu

1985

156.

Quliyev Şəmsi Əjdər oğlu 

1970

157.

Quliyev Əkbər Zəkara oğlu

1962

158.

Quliyeva Zöhrə Lətif qızı

1968

159.

Quliyeva Məxmər Xanlar qızı

1930

160.

Quliyeva Nuranə Qaryağdı qızı

1983

161.

Quliyeva Rəvanə Qaryağdı qızı

1979

162.

Quliyeva Sara Hüseyin qızı

1955

163.

Quliyeva Sevinc Əkbər qızı 

1985

164.

Quliyeva Urba Hacı qızı

1936

165.

Quliyeva Şura Şamil qızı

1936

166.

Qənbərov Qarsalan Gəray oğlu

1939

167.

Qənbərov Emin Səfər oğlu

1986

168.

Qənbərov Nadir Qarsalan oğlu 

1971

169.

Qənbərov Səfər Qarsalan oğlu 

1961

170.

Qənbərova Validə Boran qızı

1941

171.

Qənbərova Esmira Səfər qızı

1985

172.

Qənbərova Mətanət Hacı qızı

1967

173.

Qəhrəmanov Polad

 

174.

Dadaşov Mübariz Dadaş oğlu

1968

175.

Dünyamalıyev Adil Xanəli oğlu

1965

176.

Dünyamalıyev Zamin Əsgər oğlu

1951

177.

Dünyamalıyev İsmayıl Dünyamalı oğlu

1953

178.

Dünyamalıyev Sabir Xanəli oğlu

1956

179.

Edilov Elşən Baxşəli oğlu

1964

180.

Eyvazov Hidayət Əli oğlu

1964

181.

Zamanov Novruz Qulu oğlu

 1936

182.

Zeynalov Eldar Aslan oğlu

1963

183.

Zeynalov Məmməd Mikayıl oğlu 

1948

184.

Zeynalov Məcnun Zaman oğlu 

1969

185.

Zeynalov Nadir Aslan oğlu

1968

186.

Zeynalov Osman Bahadur oğlu 

1959

187.

Zeynalov Tahir Bahadur oğlu 

 1963

188.

Zeynalov Tofiq Aslan oğlu

1959

189.

Zeynalova Aynurə Tofiq qızı

1986

190.

İbadullayev Nadir Nəbi oğlu

1967

191.

İbrahimli Xəqani

 

192.

İbrahimov Əlixan Xəlil oğlu

1955

193.

İbrahimova Fatma Mədəd qızı

1959

194.

İlyasov Məhəmməd İlyas oğlu

1940

195.

İlyasov Əhməd Məhəmməd oğlu

1968

196.

İmani Ağababa

 1910

197.

İmani Ağayar Salman oğlu

1929

198.

İmani Malik Ağayar oğlu

 1950

199.

İsmayılov Bəhram Mətləb oğlu

1967

200.

İsmayılov Vidadi Lətif oğlu 

1951

201.

İsmayılov Elyas Bayram oğlu

1938

202.

İsmayılov İbiş Kərim oğlu 

1938

203.

İsmayılov İnqilab Ələkbər oğlu

1962

204.

İsmayılov İsmayıl Lətif oğlu 

1957

205.

İsmayılova Mənzər Məşdi qızı

1908

206.

İsmayılov Nadir Hüseyin oğlu

1966

207.

İsmayılova Şövkət Oruc qızı

 1940

208.

İsmayılova Nərgiz Hüseyn qızı

1978

209.

İsfəndiyarov Eldar Hümbət oğlu

1972

210.

Yusifov Elzamin Yusif oğlu

1972

211.

Yusifov Həmid Məhəddin oğlu

1962

212.

Bayramova Nətavan Pənah qızı

1988

213.

Kazımov Asif Kazım oğlu

1967

214.

Kazımov Xəlil Mahmud oğlu

1938

215.

Kupriyev Səyid Roman oğlu

 1986

216.

Kərimov İntiqam Şahmalı oğlu

1960

217.

Kərimov Yalçın Asif oğlu

1950

218.

Kərimov Rəşid Rəhim oğlu

1922

219.

Kərimov Samran Soltan oğlu

1924

220.

Kərimov Sultan Samran oğlu

1969

221.

Kərimov Frunz Samran oğlu 

1960

222.

Kərimova Firəngiz Mütəllim qızı

1934

223.

Kərimova Firəngül Məmməd qızı

1934

224.

Mahmudov Əhliman Behbud oğlu

1941

225.

MahmudovaRoza Səfər qızı

1930

226.

Mehdiyev İlham İmdad oğlu

 1967

227.

Mehdiyev Murad Şafa oğlu

1964

228.

Mehdiyev Fikrət Burzu oğlu

1968

229.

Mehdiyev Şafa Baba oğlu

1941

230.

Mehdiyeva Aysel Murad qızı

1987

231.

Mehdiyeva Gülmirə Murad qızı

1989

232.

Mehralıyev Əli Mürsəl oğlu

1964

233

Mehralıyeva Gülüzar Gülalı qızı

1970

234.

Mehrəliyev Orxan Əli oğlu

 1971

235.

Mehrəliyev Əli Şükür oğlu

1964

236.

Mikayılov Aqil Vəlikişi oğlu

1969

237.

Mirzəyev Kamal Abbas oğlu

1962

238.

Muradov Elşən Kazım oğlu

1971

239.

Muradov Zahid Lətif oğlu

  1965

240.

Muradov Paşa Əsgə oğlu

1939

241.

Muradov Gündüz Kazım oğlu

1961

242.

Muradova Ayşən Zöhrab qızı

 1991

243.

Muradova Nurudə Kazım qızı

1931

244.

Musayev İlqar Vaqif oğlu

1963

245.

Mustafayev Vidadi Şəfa oğlu

1967

246.

Mustafayev Rza Bəşir oğlu

1948

247.

Mustafayev Yaxşı Mehdiqulu qızı

1900

248.

Məmişov Talış Hüseyn oğlu

1921

249.

Məmişov Şahin Talış oğlu

1959

250.

Məmmədov Azər Vaqif oğlu

1972

251.

Məmmədov Aydın Qurban oğlu

1964

252.

Məmmədov Allahverdi 

1963

253.

Məmmədov Arif İbad oğlu

1956

254.

Məmmədov Bəylər Xanlar oğlu

1960

255.

Məmmədov Vaqif Şükür oğlu

1940

256.

Məmmədov Vaqif Şəmil oğlu

1951

257.

Məmmədov Vaqif Salman oğlu

 1965

258.

Məmmədov Zakir Qasım oğlu 

1966

259.

Məmmədov Zahir Ramiz oğlu

 1975

260.

Məmmədov Yaşa Yusif oğlu

 1956

261.

Məmmədov Kam il Əmir oğlu

 1958

262.

Məmmədov  Məmməd Qədir oğlu

 1935

263.

Məmmədov  Məmməd Rəhim oğlu

1935

264.

Məmmədov Niyaməddin Vaqif oğlu

1978

265.

Məmmədov Nurəddin Vaqif oğlu

1958

266.

Məmmədov Oqtay Şükür oğlu

1978

267.

Məmmədov Razmik Suren oğlu 

1965

268.

Məmmədov Ramil Cəlal oğlu

1948

269.

Məmmədov Rasif Salman oğlu

1967

270.

Məmmədov Saday Süleyman oğlu

1936

271.

Məmmədov Sadiq Allahverdi oğlu

1986

272.

Məmmədov Söhbət Məmməd oğlu

1976

273.

Məmmədov Sərvər Yelmar oğlu

1970

274.

Məmmədov Səfəralı Mehdi oğlu

1918

275.

Məmmədov Talış İmran oğlu

1934

276.

Məmmədov Xosrov Bilal oğlu 

1942

277.

Məmmədov Söhbət İbiş oğlu

1975

278.

Məmmədov Ceyhun Vaqif oğlu

1975

279.

Məmmədov Əkbər Rəhman oğlu

1960

280.

Məmmədova Afilə İbrahim qızı

1949

281.

Məmmədova Lətifə İbad qızı

1958

282.

Məmmədova Məleykə Atəş qızı

1933

283.

Məmmədova Sevil Hüseyn qızı

1971

284.

Məmmədova Səltənət Zülal qızı

1931

285.

Məmmədova Şövkət İbad qızı

1964

286.

Məmmədova Güllü Abdal qızı

1925

287.

Məhərrəmov Vaqif Cəmil oğlu

1951

288.

Məhərrəmov Maqsud Heydər oğlu

1957

289.

Məhərrəmov Tahir Ağarza oğlu

1956

290.

Məhərrəmova Bəsirə Vəli qızı

1956

291.

Məhərrəmova Nazlı Vəli qızı

 1954

292.

Nağıyev Yusif Şirin oğlu

1928

293.

Nağıyeva Sara Ramiz qızı

1969

294.

Nişanə Xocalı Murad qızı

1990

295.

Novruzov Zakir Novruz o]lu

1971

296.

Novruzov Novruz Məhrrəm oğlu

 1937

297.

Novruzov Əkbər Cənnət oğlu 

1956

298.

Novruzov Ələsgər Xanlar oğlu

1949

299.

Novruzova Adilə Məhəmməd qızı

1937

300.

Novruzova Günay İlqar qızı

1990

301.

Novruzova Rahilə Novruz qızı

 1975

302.

Novruzova Rübabə Novruz qızı

 1977

303.

Novruzova Ülviyyə Rəhbər qızı

1977

304.

Nuriyev Aydın Nəriman oğlu

1966

305.

Nuriyev Hafiz Yusif oğlu

1962

306.

Nurməmmədov Hüseyn Rza oğlu

 1927

307.

Nurməmmədova Pakizə İslam qızı

1936

308.

Nəbiyev Məhiyəddin Həsən oğlu

1952

309.

Nəbiyev Həsən Qaraş oğlu

 1930

310.

Nəbiyeva Səkinə Nabatalı qızı

1930

311.

Nəzərli Hikmət Baba oğlu

1966

312.

Nəsibov Ramiz Sarı oğlu

1961

313.

Nəsirova Tatyana Dmitriyevna 

1952

314.

Nəcəfov Alov Nəsib oğlu

1966

315.

Nəcəfov Şiraslan Məmiş oğlu

1952

316.

Nəcəfov Əsgər Hidayət oğlu

1940

317.

Orucov Elman Ənvər oğlu

 1956

318.

Orucov Miryusif Kərim oğlu

1940

319.

Orucov Rafiq Miryusif oğlu

1972

320.

Orucov Telman Ənvər oğlu

 1957

321.

Orucov Fazil Ənvər oğlu

1981

322.

Orucov Faiq əli oğlu

1954

323.

Orucov Cavan Canan oğlu

1976

324.

Orucova İradə Əli qızı 

1964

325.

Orucova Məlahət Əli qızı

1975

326.

Orucova Mələk Əli qızı

1968

327.

Orucova Natəvan Nəbi qızı

1989

328.

Orucova Tamara Yunis qızı

1944

329.

Orucova Xəyalə Telman qızı

1986

330.

Orucova Gözəl Heydər qızı

1931

331.

Paşayev Aleksandr Tapdıq oğlu

 1932

332.

Paşayev Elşad Aleksandr oğlu

1961

333.

Paşayev Ələddin Bəhlul oğlu

1961

334.

Pəzliyev Qədim Pəzli oğlu

1953

335.

Pənahov Mübariz Sabir oğlu

 

336.

Rzayev İldırım Barat oğlu

1970

337.

Rzayev Tapdıq Köçəri oğlu

1974

338.

Rzayev Canpolad Yaqub oğlu

1969

339.

Rüstəmov Eldar Əmir oğlu

 

340.

Rüstəmov Fizuli Saeh oğlu

 1966

341.

Rüstəmov Həsən İsfəndiyar oğlu

1932

342.

Rəşidov Adil Məmməd oğlu

 1941

343.

Rəşidov Nazim Adil oğlu

1972

344.

Rəcəbov Cəbrayıl Mehdi oğlu

1961

345.

Sadıqov Vaqif İmamverdi oğlu

1952

346.

Sadıqov Əvəz Asif oğlu

1929

347.

Sadıqova Qönçə Məmmədbağır qızı

1937

348.

Sadıqova Çiçiək Cəlil qızı

1928

349.

Salahov Məhəmməd Əbdül oğlu

1931

350.

Salahov Natiq Faydalı oğlu

1961

351.

SalahovŞakir Şəmil oğlu

1966

352.

Salahova Zəhra Əlabbas qızı

1932

353.

SalahovaŞəkər Saday qızı

 1963

354.

Salmanov Müşviq Vaqif oğlu

 1974

355.

Süleymanov Rəşid Surxay oğlu

1951

356.

Süleymanova Nübar Lələkişi qızı

 1953

357.

Səlimov Araz Bahadur oğlu

1960

358.

Səlimov Bahadur Mikayıl oğlu

1928

359.

Səlimov Mikayıl Bahadur oğlu

1970

360.

Səlimov Rəfayıl Elyas oğlu

1970

361.

Səlimov Seydi Mikayıl oğlu

1934

362.

Səlimov Tofiq Seydi oğlu

 1968

363.

Səlimov Fəxrəddin Bahadur oğlu

1958

364.

Səlimov Xəzər Səyavuş oğlu

1974

365.

Səlimova Adilə Allahverdi qızı

1930

366.

Səlimova Tamilə Ağamalı qızı

1936

367.

Səmədov Taryel Bəylər oğlu 

 1964

368.

Səmədov Həmid bəylər oğlu

1958

369.

Səmədov Gündüz Hidayət oğlu

1957

370.

Səfiyev Elxan Nəsib oğlu 

1961

371.

Səfiyev Sərvan Elxan oğlu

1991

372.

Səfiyeva Gözəl Vəli qızı

1923

373.

Səfərov Mübariz Əsəd oğlu

 

374.

Səfərov Orduxan Aydın oğlu

1961

375.

Səfərov Osman Aydın oğlu

1964

376.

Səfərov Şahverdi Bəhlul oğlu

1956

377.

Səfərova Pəri Muxtar qızı

1930

378.

Talıbov Rəhim Xudaverdi oğlu

1908

379.

Usubov Elşad Kamran oğlu

1974

380.

Usubov Zakir Kamran oğlu

1965

381.

Usubov Səyavuş Ramiz oğlu

1971

382.

Usubov Əlyar kamran oğlu

1967

383.

Usubova Şərqiyə Usub qızı

1948

384.

Fərzəliyev Qədim Fərzəli oğlu

1933

385.

Fərzəliyev Canan Binnət oğlu

1962

386.

Fərmanov Mübariz İsrəfil oğlu

 

387.

Xudayarova Sürəyya Alış qızı

1916

388.

Xudiyev Zahid Bəhlul oğlu

1965

389.

Xəlilov Araz Xəlil oğlu

1984

390.

Xəlilov Arzu Xəlil oğlu

1977

391.

Xəlilov Qaçay Rəhim oğlu

1943

392.

Xəlilov Tahir Qaçay oğlu

 1962

393.

Xəlilova Zərifə Zəkara qızı

1964

394.

Xəlilova Lalə Tahir qızı

1988

395.

Çobanov Tapdıq Xədicə oğlu

1949

396.

Çobanova Nəzakət Tapdıq qızı

1984

397.

Şahverdiyev Vüqar Mamed oğlu

1973

398.

Şahveronov Məhərrəm Çodar oğlu

1930

399.

Şahmuradov Mübariz Alıhüseyn oğlu

 1952

400.

Şahmuradov Namiq Əmirxan oğlu

1965

401.

Şahmuradov Natiq Əmirxan oğlu

1965

402.

Şahmuradov Nemət Musa oğlu

1962

403.

Şirinov Elşən Eldar oğlu

1965

404.

Şirinov Elşənin 6 aylıq oğlu

1991

405.

Şükürov Akif Rəsul oğlu

1965

406.

Şükürov Vaqif Rəsul oğlu

1968

407.

Şükürov Vəkil İspəndiyar oğlu

1947

408.

Şükürov Tofiq Zakir oğlu

1964

409.

Şükürova Əntiqə İspəndiyar qızı

1934

410.

Haqverdiyev David Məşədi oğlu

 1951

411.

Haqverdiyev Maarif Yaqub oğlu

1969

412.

Haqverdiyev Şahin Məşdi oğlu

1962

413.

Haqverdiyeva Həvva Zeynalabdin qızı

1927

414.

Hacıyev Alim Əjdər oğlu

 

415.

Hacıyev Süleyman Lətif oğlu

 1949

416.

Hacıyev Tahir hacı oğlu

1957

417.

Hacıyev Əlif Lətif oğlu

1953

418.

Hümbətov Bəhlul Müseyib oğlu

1937

419.

Hümbətov Muğan Cəlil oğlu

1973

420.

Hümbətov Talış İsgəndər oğlu

1931

421.

Hümbətov Hətəm Qurban oğlu

1960

422.

Hümbətova Anahid Eldar qızı

1979

423.

Hümbətova Sevil Cəlil qızı

1967

424.

Hümbətova Simuzər Cəlil qızı

 1976

425.

Hümbətova Südabə Rəşid qızı

1969

426.

Hümbətova Firuzə Musa qızı

1934

427.

Hüseynov Allahverdi qulu oğlu

1904

428.

Hüseynov Bakir mirsiyab oğlu

1956

429.

Hüseynov Vüqar Hilai oğlu

1971

430.

Hüseynov Ernin Aleksandr oğlu

1975

431.

Hüseynov Zöhrab Hüseyin oğlu

1971

432.

Hüseynov Yaşar

 

433.

Hüseynov Mirsiyab həzrətqulu oğlu

1922

434.

Hüseynov Mürşüd Səməd oğlu

1934

435.

Hüseynov Məshər Elxan oğlu

1991

436.

Hüseynov Rəşid Hüseyn oğlu

1962

437.

Hüseynov Rəcəb Elxan oğlu

 1984

438.

Hüseynov Tacir Hüseyn oğlu

 1973

439.

Hüseynov Tofiq Mirsiyab oğlu

1954

440.

Hüseynov Çingiz Mirsiyab oğlu

 1955

441.

Hüseynov Şakir Mustafa oğlu

1956

442.

Hüseynov Hüseyin İsmayıl oğlu

1934

443.

Hüseynov Hüseyn Fərəc oğlu

1936

444.

Hüseynov Əziz Alış oğlu 

1956

445.

Hüseynova Qızbəs Mərdan qızı

1934

446.

Hüseynova Zinyət Yunis qızı

1940

447.

Hüseynova Maral Kamil qızı 

1985

448.

Hüseynova Mehriban Allahverdi qızı

1965

449.

Hüseynova Minəş Cümşüd qızı

1934

450.

Hüseynova Məxmər Qurban qızı 

1949

451.

Hüseynova Növrəstə Fərmayıl qızı

 1922

452.

Hüseynova Nərgiz Cəbrayıl qızı

 1971

453.

Hüseynova Nəsibə Hüseyn qızı

1982

454.

Hüseynova Nəsibə Hüseyn qızı

1969

455.

Hüseynova  Rəsmiyyə Aleksandr qızı

1968

456.

Hüseynova  Sara Səfər qızı

1964

457.

HüseynovaSüsən Hüseyn qızı

1971

458.

Hüseynova Səadət Qədim qızı

1974

459.

Hüseynova Xoşbəxt hüseyin qızı

1963

460.

Hüseynova Şabnəm Elxan qızı

1986

461.

Hüseynova Ətrabə Cəbrayıl qızı

1977

462.

Hüseynov Hüseyn Şükür oğlu

1956

463.

Həmdiyeva Mehriban Rəcəb qızı

1954

464.

Həmzəyev Abdulla Köşəli oğlu

1965

465.

Həmzəyev Bəşir Rüstəm oğlu

1974

466.

Həmidova Kifayət Çıraq qızı

 1956

467.

Hənifəyev Bəhman Salman oğlu

1957

468.

Həsənov Vahid Möhsun oğlu

1958

469.

Həsənov Elşad Qaçay oğlu

1949

470.

Həsənov Elgün Nazim oğlu

 1988

471.

Həsənov imran Ələkbər oğlu

1940

472.

Həsənov Mehdi Ramil oğlu

1973

473.

Həşimov Pərviz Varaşil oğlu

1971

474.

Həsənov Ramiz Allahverdi oğlu

 1971

475.

Həsənov Ramil İbrahim oğlu

1947

476.

Həsənov Rövşən Qaçay oğlu

1958

477.

Həsənov Tabil Qasım oğlu

1960

478.

Həsənov Tacir Eldar oğlu

1990

479.

Həsənov Telman Yelmar oğlu

1939

480.

Həsənov Tofiq Bəylər oğlu 

1970

481.

Həsənov Şöhrət Usub oğlu

  1944

482.

Həsənov Həsən İbrahim oğlu

1933

483.

Həsənov Əli Mürsəl oğlu

1936

484.

Həsənova Aygün Nazim qızı

1991

485.

Həsənova Qətibə Mirsiyab qızı

1951

486.

Həsənova Lətafət Həsən qızı

1976

487.

Həsənova Məxmər Ələkbər qızı

 1942

488.

Həsənova Sevil Əyyub qızı

1961

489.

Həsənova Tofiqə Həsən qızı

1955

490.

Həsənova Fitat Əhəd qızı

1940

491.

Həsənova Xəyalə Eldar qızı

1987

492.

Həsənova Şövkət Şikar qızı

1951

493.

Həsənova Gülçöhrə Yaqub qızı   

1968

494.

Həsənova Günəş Əbdül qızı

1910

495.

Həsənova Göyçək Heydər qızı

1933

496.

Həşimov Səlim Kərim oğlu

1963

497.

Həşimov Şövkət Şükür qızı

1943

498.

Cabbarov Azad Pirqulu oğlu

1968

499.

Cabbarov Xıdır Sədrəddin oğlu

1969

500.

Cavadov Vaqif Əliş oğlu

1966

501.

Cavadov Əli Müsül oğlu

1953

502.

Cavadov Əhməd Əmir oğlu

1973

503.

Camalov Natiq Yunis oğlu

1957

504.

Cəbrayılov Mikayıl Ə oğlu

 

505.

Cəbrayılov Cəbrayıl Nuşirəvan oğlu

 1959

506.

Cəbrayılova Səmayə Sarı qızı

1950

507.

Cəfərov Adil Əli oğlu

1961

508.

Cəfərov Müseyib Səfiyar oğlu

1895

509.

Cəfərov Məhəmmədəli Vəlikişi oğlu

1895

510.

Cəfərov Nüsrət Fazil oğlu

1975

511.

Cəfərov Samir Tacir oğlu

1987

512.

Cəfərov Soltan Boran oğlu

1961

513.

Cəfərov Səfər İsgəndər oğlu

1969

514.

Cəfərov Firəddin Lənkəran oğlu

1971

515.

Cəfərov Fuad Fərman oğlu

1966

516.

Cəfərova Bağdad Həsən qızı

1910

517.

Cəfərova Rəfiqə İman qızı

 1937

518.

Cəfərova Xəzəngül Əli qızı

 1951

519.

Göyüşov Qurban Ramazan oğlu

1974

520.

Göyüşov Tanrıverdi Ənvər oğlu

1965

521.

Əbdülov Zahid Yelmar oğlu 

1973

522.

Əbdülov Yelmar İsgəndər oğlu 

1949

523.

Əbdülov Məzahir Yaqub oğlu

1969

524.

Əbdülov Savalan Qaraş oğlu

1937

525.

Əbdürrəhmanov Famil Sabir oğlu

1967

526.

Əbilov Məzahir Yaqub oğlu

1969

527.

Əzizov Mehman Qüdrət oğlu

1959

528.

Əzizov Fikrət Abbas oğlu 

 1965

529.

Əzizov Hüseyn Nəriman oğlu

1956

530.

Əzizov Əzim Məşədi oğlu

1911

531.

Əzizova Zərifə Ələkbər qızı

1953

532.

Əzimov Akif Seydulla oğlu

1961

533.

Əzimov Natiq Abbasqulu oğlu

1986

534.

Əzimov Həsənbala Şahmar oğlu

1935

535.

Əzimov Dilarə Seydulla qızı

1956

536.

Əzimov Pərvanə Hüseyn qızı

1947

537.

Əliyev Ayaz Elman oğlu 

1970

538.

Əliyev Arif Xanlar oğlu 

1970

539.

Əliyev Ağəli Naib oğlu

1932

540.

Əliyev Bakir Şiraslan oğlu

 1973

541.

Əliyev Vasif Əliabbas oğlu

1969

542.

Əliyev Vüqar Mirələm oğlu

 1973

543.

Əliyev Eldar Kəriş oğlu

1963

544.

Əliyev Elçin Firdovsi oğlu

1982

545.

Əliyev Elşən Səhlədar oğlu

1973

546.

Əliyev Elgiz Firdovsi oğlu

1984

547.

Əliyev Zəfər Düşgər oğlu

 1969

548.

Əliyev İlham Bahadur oğlu

1966

549.

Əliyev İslam Əbdüləli oğlu

 1933

550.

Əliyev Kamil Hidayət oğlu

1967

551.

Əliyev Mikayıl Atababaoğlu

1957

552.

Əliyev Məmməd Heydər oğlu

1970

553.

ƏliyevNadir Qaçay oğlu

1967

554.

Əliyev Nasir Şahmar oğlu

1971

555.

Əliyev Natiq Teymur oğlu

1973

556.

Əliyev Rəhman Zakir oğlu

1970

557.

Əliyev Sadıq İsa oğlu 

1967

558.

Əliyev Səbuhi Cahangir oğlu

1978

559.

Əliyev Səlim Cahangir oğlu

1985

560.

Əliyev Təvəkkül Baxış oğlu

1955

561.

Əliyev Fikrət Abdulla oğlu

1953

562.

Əliyev Firdovsi İsa oğlu

 1956

563.

Əliyev Ülfət İman Oğlu

1974

564.

Əliyev Habil Misir oğlu

 1975

565.

Əliyev Habil Əkbər oğlu

1970

566.

Əliyev Hümbət Fərrux oğlu

 1957

567.

Əliyev Əbülfət Əli oğlu

1963

568.

Əliyev Əyyub Sarı oğlu

1928

569.

Əliyev Əli Hümbət oğlu

 1954

570.

Əliyev Ələkbər Əlehsan oğlu

1930

571.

Əliyev Ənvər Zeynal oğlu

1959

572.

Əliyeva Arzu

 

573.

Əliyeva Dilarə Oruc qızı

1939

574.

Əliyeva Yeganə Məhərrəm qızı

1960

575.

Əliyeva Svetlana Cavanşir qızı

1957

576.

Əliyeva Sürəyya Bayram qızı

 1934

577.

Əliyeva Sürəyya Behbud qızı

 1933

578.

Əliyeva Səhər Çərkəz qızı

1932

579.

Əliyeva Xavər Yusif qızı

1928

580.

Əliyeva Çiçək Ələsgər qızı

1931

581.

ƏliyevaHeyran Mürşüd qızı

 1962

582.

Əliməmmədov Namiq Şahmalı oğlu

 1962

583.

Əliməmmədov Faiq Şahmalı oğlu

 1969

584.

Ələkbərov Səxavət Təvəkkül oğlu

 1981

585.

Ələkbərov Təvəkkül Ələkbər oğlu

1956

586.

Ələkbərov Əsgər Qurban oğlu

1930

587.

Ələkbərova Zeynəb Cümşüd qızı

1923

588.

Ələsgərov Vahid Rəşid oğlu

1962

589.

Ələsgərov Məzahir Məhərrəm oğlu

1969

590.

Əmirova Yeganə Təvəkkül qızı

1986

591.

Əmirova Raya Qabil qızı

1959

592.

Əsgərov Eldar Nizami oğlu

1986

593.

Əsgərov Nizami

1960

594.

Əsgərov Xəzani Kərəm oğlu

1962

595.

Əsədov Yalçın Asif oğlu

1957

596.

Əhmədzadə Şahin Əyyub oğlu

1957

597.

Əhmədov Vaqif İslam oğlu

1957

598.

Əhmədov Eldar Nayıb oğlu

1945

599.

Əhmədov İbrahim Səfər oğlu

1958

600.

Əhmədov Yelmar Nayıb oğlu

1963

601.

Əhmədov Natiq İlyas oğlu

1968

602.

Əhmədov Natiq Kəriş oğlu 

1967

603.

Əhmədov Rəfail Nayıb oğlu

1948

604.

Əhmədov Həsən Hümbət oğlu

1948

605.

Əhmədova Durna Salman qızı

1922

606.

Əhmədova Zibeydə Bədəl qızı

1928

607.

Əhmədova Sərvinaz Muxtar qızı

1900

608.

İsmayılov Nadir Hüseyn oğlu

1978

609.

Novruzova Günay İlqar qızı

1990

610.

İsmayılov İsmayıl Bəhmən oğlu

1955

611.

Həmdiyev Osman Fərzəli oğlu

1955

612.

Mehbalıyev Əli fərəc oğlu

1944

613.

Məmmədov Möhlət Məmməd oğlu

1976

614.

Qaraşov Savalan Qaraş oğlu

1937

615.

Zeynalova Nazilə İbrahim qızı

1957

616.

Zeynalova Leyla Eldar qızı

1991

 

 

Xocalı faciəsi zamanı hər iki valideyni şəhid olmuş uşaqların siyahısı
 

S/s

Soyadı, adı, atasının adı

Təvəllüdü

 

Xəlilova Həmayıl Tacir qızı

1987

2.

Xəlilova Xəyalə Tacir qızı

1992

3.

Qəhrəmanova Nigar Təvəkkül qızı

1987

4.

Qəhrəmanova Xəzangül Təvəkkül qızı

1984

5.

Qəhrəmanov Vüsal Təvəkkül oğlu

1991

6.

Əliyev Mehdi Firdovsi oğlu

1990

7.

Hüseynova Əfsanə Tofiq qızı

1981

8.

Hüseynova Yasəmən Tofiq qızı

1980

9.

Hüseynov Murad Tofiq oğlu

1983

10.

Orucova Xatirə Telman qızı

1983

11.

Orucova Kübra Telman qızı

1989

12.

Orucov Anar Telman oğlu

1990

13.

Məhərrəmova Vəsilə Vaqif qızı

1982

14.

Məhərrəmova Səbinə Vaqif qızı

1984

15.

Məhərrəmova Vüsalə Vaqif qızı

1985

16.

Məhərrəmov Natiq Vaqif oğlu

1980

17.

Məhərrəmov Namiq Vaqif oğlu

1986

18.

İbrahimov Sabir Əlixan oğlu

1981

19.

İbrahimov Samir Əlixan oğlu

1984

20.

Həmidova Nigar Sabir qızı

1980

21.

Həmidov Mübariz Sabir oğlu

1978

22.

Həmidov Müşviq Sabir oğlu

1976

23.

Həmidov Eldəniz Sabir oğlu

1980

24.

Hüseynov Yaşar Hüseyn oğlu

1978

25.

Hüseynov Ədalət Hüseyn oğlu

 1983