BEYNƏLXALQ ƏLAQƏLƏR İNKİŞAF EDİR

“Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivi ilə Gürcüstan Milli Parlament Kitabxanası arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Memorandum” Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru-şöbə müdiri E.S.Ələkbərova və Gürcüstan Milli Parlament Kitabxanasının Baş direktoru G. Kekelidze tərəfindən bağlanmışdır. Memorandumun imzalanmasında məqsəd Tərəflər arasında uzunmüddətli, səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın yaradılması, arxiv və kitabxana fondlarının Azərbaycan, Gürcüstan və bütövlükdə Cənubi Qafqaz tarixinə dair məlumatları özündə əks etdirən sənədlər, materiallar və ədəbiyyatla zənginləşdirilməsi, qarşılıqlı arxiv materiallarının və ədəbiyyatın surətlərinin mübadiləsi, Cənubi Qafqaz ölkələrinin tarixi məsələləri ilə bağlı vətəndaşlar üçün təhsil və mədəni-maarif tədbirlərinin təşkili  və tərəfdaşlıq əlaqələrinin inkişafıdir. Sənəd 5 may 2022-ci il tarixində Bakı şəhərində imzalanmışdır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivi ilə Gürcüstan Milli Parlament Kitabxanası arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Memorandumun imzalanmasında Gürcüstan tərəfini adı çəkilən kitabxananın departament rəisi Levan Taktakişvili təmsil edirdi. Göstərilən məqsədə nail olmaq üçün Tərəflər proqramlar hazırlayacaq, müştərək komissiyaların, komitələrin, işçi-ekspert qruplarının yaradılmasını və fəaliyyətini təmin edəcək, prioritet innovativ layihələrin birgə işlənib hazırlanması üçün şərait yaradacaqlar.
Rəsmi mərasimdən sonra Levan Taktakişvili kitabxana fondu və qədim nəşrlərin bərpa prosesi ilə tanış olmuşdur.