Ümummilli lider HEYDƏR ƏLİYEVİN 93-CÜ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ
A+   A-

Çiçəklənən Azərbaycan sərgisi keçirilmişdir​

2016-ci ilin 4 may tarixində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində  Müstəqil Azərbaycan Respublikasının qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-ci ildönümü  münasibətilə “Çiçəklənən Azərbaycan” sərgisi keçirilmişdir. Tədbirdə  çıxış edən arxivin direktoru Mais Bağırov bildirib ki,  ulu  öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi fəaliyyət göstərdiyi dövr Azərbaycan tarixinin ən parlaq səhifələridir.  M.Bağırov qeyd edib ki,  ulu öndərin müəyyənləşdirdiyi prinsiplər bu gün ölkəmizin həyatının bütün sahələrində uğurla reallaşdırılır və məhz bunun nəticəsində Azərbaycan dinamik  iqtisadi inkişaf yolu ilə inamla irəliləyir. Arxivin foyesində “Vətənimiz Azərbaycan sülh istəyir”, “Naxçıvan – Azərbaycanın qədim diyarı”, “Vətənə məhəbbət ailədən başlayır”, “Heydər Əliyevin uşaqlara, gənclərə və idmançılara daimi qayğısı” , “Regionların inkişafı Heydər Əliyevin strategiyasının davamıdır” və “Azərbaycan dinamik inkişaf yollarında. Yeni əsrin yeni lideri – Prezident İlham Əliyev” adlı stendlər nümayiş olunur. Sərgilənən sənədlər və şəkillər sübut edir ki, Ulu öndər sülh yoluyla Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox çalışırdı, lakin eyni zamanda dövlətin qüvvətlənməsi, hərbi sənayenin yaranmasını vacib hesab edirdi. Onun düzgün apardığı siyasətin  nəticəsidir ki,  Azərbaycan Ordusu hazırda texniki, peşəkarlıq və hazırlıq baxımından bölgəqə ən qüvvətli ordudur. Bu gün Ermənistan ordusu cəbhəyanı ərazilərimizdə təxribatlara yol versə də, Azərbaycan Ordusu düşmənə layiqincə cavab verir və hətta bir neçə strateji yüksəklikləri azad edib. Torpaqlarımızın tam azad olunacağı artıq əlçatmayan xülya deyil.

Gənclər və idman sahəsində uğurlu siyasətin bünövrəsi ümummilli lider Heydər Əliyevin dövründə qoyulmuşdur. Beləki, onun imzaladığı 18 aprel 2001-ci il, 464 saylı sərəncamı ilə Gənclər, İdman və Turizm nazirliyi yaranmışdır və bu sahədə geniş proyektlər həyata keçirilmişdir. Bu gün gənclərlə bağlı uğurlu siyasət öz bəhrəsini verir, Avropada ilk Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi Heydər Əliyev dövründə təməli qoyulan işlərin parlaq nümunəsidir. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev uşaq və gənclərin qayğısına qalmaqla yanaşı bütün Azərbaycan vətəndaşlarının güzaranın yaxşılaşdırılması məsələsini daim diqqət mərkəzində saxlayır. Bakı şəhəri və reqionların inkişafı üçün dövlət başçısı tərəfindən onlarla sərəncamlar imzalanıb, bu sərəncamlar əsasında dünya standartlarına uyğun yeni yollar və körpülər, xəstəxana və məktəblər inşa olunub. Bütün bu məsələlər arxivin foyesində sərgilənən stendlərdə öz əksini tapmışdır. 

   1421 dəfə baxılıb