NADİR XALÇA
A+   A-

NADİR XALÇA

NADİR   XALÇA

 

Yalnız sənədlərdə izi qalmış bu xalça, Bakı rəssamları və xalça ustaları tərəfindən “millətlər atası” Stalinin 70-illik yubileyinə toxunmuşdur

 

 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində 1898-1956-cı illərə aid “İosif Stalinin sənədlər kolleksiyası” adlı fond saxlanır. Biz bu məqalə ilə 60 il öncə Stalinin 70-illik yubileyi niyyəti ilə, həm də ölçülərinə görə nadir olan bir xalçanın toxunma tarixini nəzərinizə çatdırmaq istəmişik.     Bu xalçanın yaradıcıları xalçaçı-rəssam Lətif Kərimov, teatr rəssamı İsmayıl Axundov və qrafik rəssam Kazım Kazımzadə idilər. Rəhbərin 70-illiyinə rəssamlar  düşündülər belə bir xalça yaratsınlar ki, onun əsas parametrləri yubiley tarixi ilə uyğunlaşsın, yəni “xalçanın ölçüsü 70 kv. metr,  sıxlığı 70:70 – 35 000 000 ilmədən, boya və rəngləri 70 çalardan” ibarət olsun. Rəssamların fikrincə bu xalçada Stalinin Bakıdakı inqilabi fəaliyyəti və respublikanın bolşevik partiyasının rəhbərliyi altında nailiyyətləri əks olunmalı idi. “Bədii xalçanın hazırlanması” məsələsi Azərbaycan K(b)P MK bürosunda baxılmışdır və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə onun hazırlanması 1949-cu ilin 1 dekabrına – Stalinin ad gününün ərəfəsinə - tamamlanmalı idi.      İ.Stalinin ad gününə bir ay qalmış rəssamlar Azərbaycan K(b)P MK-nın katibi M.C. Bağırova orijinal xalçanın vaxtından əvvəl hazır olduğu haqqında məruzə etmişlər. Xalça 8 ay ərzində toxunmuşdur. Bu gün belə bir sual ortaya çıxır: bu nadir xalça haradadır? Şahidlərin dediklərinə görə, bir müddət sonra bu xalça müəmmalı şəkildə yoxa çıxmışdır. Xalça haqqında daha ətraflı aşağıdakı məqalədə oxuya bilərsiz.

Lamiyə Həsənova

arxiv fondunun istifadəsi şöbəsinin məsləhətçisi 

   5054 dəfə baxılıb