AZƏRBAYCAN TARİXINDƏ ERMƏNİ ZORAKILIĞI: TARİXİ SƏNƏDLƏR ŞAHİDLİK EDİR
A+   A-

 AZƏRBAYCAN TARİXINDƏ ERMƏNİ ZORAKILIĞI:TARİXİ SƏNƏDLƏR ŞAHİDLİK EDİR 

 

Azərbaycan Respublikası müstəgillik əldə etdikdən sonra Azərbaycan tarixşünaslığının ayrı-ayrı nümayəndələri postsovet konsepsiyasının tələblərini əsas götürərək, 1918-ci ildə erməni milləçilərinin azərbaycan xalqına qarşı apardığı soyqırım siyasətini tarixi sənədlər və dəlillər əsasında öz araşdırmalarında işıгlandırmışlar (3) Hazırkı tədqiqat obyektinin əsas məqsədi problemlə bağlı bir-sıra məqamları açmaq və araşdırmalar zamanı əldə edilən ayrı-ayrı tarixi sənədləri elmi dövriyyəyə gətirərək, tarixi reallığı göstərməkdir.XIX əsrin son rübündə Osmanlı ımperiyasında erməni separatizmi baş qaldırmış, erməni millətçiləri “Böyük Ermənistan” iddiası ilə çıxış edərək, Şərqi Anadolunun altı vilayətində erməni qurуmunu yaratmaq təлəbini irəli sürmüşlər. Rusiyanın və Qərb dövlətlərinin dəstəyinə arxalanan erməni separatizmi xüsusən Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyasında “beşinci kolona” çevrilmiş və türk-müsəlman dünyasına qarşı görünməmiş cinayətlər törətmişlər. Belə ki, 1915-ci və 1916-cı ilin əvvəllərində rus qoşunlarının Qafqaz cəbhəsində Kişik Asiya istiqamətində apardığı uğurlu hücumu “Böyük Ermənistan” xülyası ilə yaşayan erməni millətçilərinin azğın təбiətinə bir impuls verмиш və bu dövrdə 750.000-1.600.000-ə qədər türk-müsəlman erməni yaraqlıları tərəfindən öldürülмцшдцр (4, səh.65-66)  Erməni separatçılarının vəhşilikləri Birinci Dünya müharibəsi başa çatana qədər davam etmiş və onların törətdikləri cinayətləri tam reallığı ilə çar ordusunun podpolkovniki Tverdoxlebov öz xatirələrində göstərmşdir (7, səh.57) Еrməni zorakıligi neticəsinde 1915-1918-ci illərdə bölgədə 2,5 milyon türk-müsəlman erməni millətçilərinin quldur dəstəsi tərəfindən öldürülmüşdü (6,səh.48) Lakin Osmanlı imperiyasında erməni separatçılarının törətdikləri azğınlıqlar onlara “Böyük Ermənistan”dövlətini yaratmaq imkanı verməmişdi.         Birinci  Dünya  müharibəsi  illərində  Rusiyanın düşdüyü  ictimai-siyasi kollaps  bolşeviklərin timsalında erməni millətçilərinə yeni bir müttəfiq gətirir. 1917-ci ilin payızında Rusiyada sosial-siyasi proseslər radikal istiqamətdə getmiş, bolşeviklər hakimiyyətə gəlmiş və postsovet konsepsiyasının qəbul etdiyi hadisə - “oktyabr çevrilişi” baş vermişdi. Kifayət qədər sosial bazaya malik olmayan V.Lenin və onun K-sı inqilabı “süngü ucunda” yaymaq siyasətini əsas götürmüş və bolşevizm hakimiyyətini nəinki Rusiya imperiyasının coğrafi çərçivəsi məkanında, habelə onun hüdudları kənarında bərqərar etməyi nəzərdə tutmuşdu. Həmin dövrdə Şərqi Anadoluda tüğyan edən erməni separatçı hərəkatını bolşevizm ideyalarına uyğunlaşdırmağı vacib bilən V.Lenin 1917-ci il dekabrın 29-da “Türkiyə ermənilərinə” muxtariyyət verilməsi haqqında dekret vermiş və “Hnçak” partiyasına bağlı olan S.Şaumyana Şərqi Anadoluda sovet hakimiyyətini qurmağı tapşıraraq, Qafqazın Fövqəladə komissar mandatını ona vermişdi. Bu tapşırığın reallıqdan uzaq olduğunu başa düşən S.Şaumyan Kiçik Asiyaya getmir. Erməni milli hərəkatına tam varlığı ilə bağlı olan, marksistdən daha şox  millətçi olan  S.Şaumyan erməni separatizminin qarşıya goyduğu məqsədin Osmanlı imperiyasında gerçəkləşməməsinin qisasını almaq üçün antiazərbaycan siyasətini əsas götürür. Sovet hakimiyyətini Azərbaycan torpaqlarında qurmaq pərdəsi altında, Bakıda və Bakı quberniyasının bir-sıra  qəzalarında azərbaycan xalqına qarşı soyqırım siyasəti yeridən S.Şaumyan on minlərlə günahsız insanın məhvinin ilhamvericisi olur.Şaumyan və onun K-nın törətdikləri cinayətləri araşdırmaq məqsədi ilə 1918-ci il iyulun 15-də Azərbaycan Xalq Cümhuriyyətinin təşəbbüsü ilə Fövqəladə istintaq komissiyası yaradılmış və bu  komissiya 1919-cu ilin avqustu üçün müsəlmanlara qarşı edilən zorakılıqlara dair 36 cildlik – 3.500 səhifəlik istintaq materialları hazırlamışdı (1, vər.4) İstintaq materiallarını öyrənərkən Bakı quberniyasında erməni yaraqlılarının törətdikləri cinayətlər bütün  reallığı  ilə  canlanır. Belə ki, Fövqəladə istintaq komissiyasının sədri Ə.Xasməmmədov Ədliyyə nazirinə göndərdiyi məruzəsində bildirirdi ki, 1918-ci ilin mart hadisələrinin tarixi zəmini zamanca xeyli əvvələ bağiı olmuşdur. Bunu adı çəkilən komissiyanın üzvü  N.M.Mixaylov da öz məruzəsində qeyd etmiş və 130 nəfər şahidin  məlumatına  əsaslanaraq göstərmişdi ki, 1916-cı ildə erməni əsgərləri Qərb cəbhəsindən Qafqaz cəbhəsinə göndərilərkən “Zaqafqaziya dəmiryolu boyunca yerləşən azərbaycanlı kəndlərində talanlar etmiş, zor tətbiq etmişlər”(1,vər.4) Belə hallar Yevlax, Kürdəmir, Lək, Ucar stansiyalarında baş vermişdi. Həmçinin Qafqaz cəbhəsinə yollanan erməni əsgərləri özləri ilə gətirdikləri  silahı  erməni kəndlərinə daşıмışlar (1, vər.1) Göstərilən tarixi sənədlər bir daha sübut edir ki, Birinci Dünya müharibəsi illərində erməni əsgərləri erməni separatçı hərəkatının ideoloqlarının göstərişlərinə əsasən hərəkət edir və türk müsəlmanlara qarşı olan nifrət hisslərini gizlətmirdilər.Bu fakt belə bir tarixi həqiqəti təsdiqləyir ki, erməni millətçilərinin Bakıda, o cümlədən  Şamaxıda, Qubada, Göyçayda, Kürdəmirdə azərbaycan xalqına qarşı aparılan soyqırım siyasəti Azərbaycan torpaqlarında bolşevizmi bərqərar etməklə bağlı olmamışdı. Bu fikri təkcə daşnak  Hamazaspın  Qubada  söylədiyi  “biz bura sovet hakimiyyətini qurmağa  gəlməmişik” ifadəsi təsdiqləmir. Problemi öyrənərkən Azərbaycan Respublikası Prezidentinin  İşlər İdarəsinin  Siyasi Sənədlər (sonra-AR Pİİ SСА) Аrxivinin ayrı-ayrı fondlarında saxlanılan tarixi sənədlər də bunu sübut edir. Belə ki, 1918-ci il noyabrın 22-də Fövqəladə istintaq komissiyasının sədri  Ə.Xasməmmədov Ədliyyə nazirinə göndərdiyi hesabatda maraqlı məqamlara aydınlıq gətirir. Bakı quberniyasının Göyçay qəzasında erməni zorakılığına məruz qalmış ayrı-ayrı azərbaycanlı kəndlərində istintaq aparan komissiya belə bir tarixi üzə çıxarır ki, ermənilərin hərəkəti millətçilik əhvali-ruhiyyəsində olmuş, Birinci Dünya müharibəsinin əvvəllərindən etibarən azərbaycanlılara qarşı qisasçılıq mövqeyindən çıxış etmiş və bu 1916-cı ilin əvvəllərindən etibarən daha çox nəzərə çarpmışdı (1, vər.4) Tarixi sənədlər belə bir reallığı göstərir ki, hələ 1918-ci il mart hadisələrinə qədər erməni hərbi dəstələri 1917-ci ilin sonundan etibarən Bakı quberniyasının Ərəş və Nuxa  qəzalarında  azərbaycanlılara qarşı zor tətbiq  ediblər.Və azərbaycanlı tərəfin barışıq təklifinə erməni tərəfi bildirirdi ki, bu təklifin gerçəkləşməsi mümkünsüzdür ona görə ki,”hərbi hissələr və başçılar buna imkan verməzlər”(1, vər.5) Erməni millətçiləri o qədər azğınlaşmışdılar ki, Çanax-Bulaq, Nic kəndlərinin erməni keşişləri öz moizələrində azərbaycanlıların qətlə yetirilmələrinin vacibliyindən danışırdılar (1, vər.5) Bu faktiki material bir daha sübut elir ki, erməni separatçılarının fəaliyyətinə nəzarət erməni-qriqoryan kilsəsinin əlində idi.      Erməni millətçiləri törətdikləri vəhşiliklər zamanı təkcə azərbaycanlıları deyil,o cümlədən kürdləri, yahudiləri və ləzgiləri də gətlə yetirirdilər. Belə ki, Bakı quberniyasının Nuxa qəzasının  Kürd kəndində ermənilər əhaliyə divan tutmuşdular (1, vər.5) Nəticədə ayrı-ayrı tədqiqatçıların apardığı hesablamalara görə təkcə 1918-ci il hadisələri zamanı 15 min kürd ermənilər tərəfindən məhv edilmişdi (5, vər.134) Erməni millətçiləri xülyəvi “Böyük Ermənistan” dövlətinin yaradılmasını Osmanlı imperiyası ərazisində gerçəkləşdirə bilmədikləri üçün ümumən müsəlmanlara qarşı soyqırım siyasəti aparmış və erməni zorakılığına ləzgilər də məruz qalmış və 22 min ləzgi bu hadisələr zamanı qətlə yetirilmişdi (5, vər.134)     Tədgigat obyektini araşdırarkən, AR Pİİ Siyasi  Sənədlər Аrxivində əldə etdiyimiz tarixi sənədlər 1918-ci il hadisələri zamanı бaş verən faciələrin gizli məqamlarınıда açıqlayır. Belə ki, Yevlax istiqamətində Gəncə üzərinə yeriyən bolşevik-daşnak hərbi birləşmələri Kürdəmir üzərinə hücum edərkən bu qüvvələr içərisində rus-molokanlar da olmuşlar. Qeyd etmək lazımdır ki, sonuncular hələ Romanovlar sülaləsinin hökmranlığı dövründə imperiyanın sosial bazasının tərkib hissəsi kimi qəbul edildiyi üçün işğal olunmuş ərazilərdə, o cümlədən Şimali Azərbaycanda yüksələn milli-azadlıq hərəkatına qarşı qoyulmuş və mütləqiyyət 1891-ci il noyabr və 1903-cü il aprel fərmanlarına əsaslanaraq hələ Birinci Rusiya inqilabı dövründə molokanları silahlandırmışdı. Belə ki, təkcə Bakı quberniyaslnda rus molokanlara 2.756 tüfəng və 104.520 patron paylanmışdı (2, səh.194) Lakin Kürdəmirdə dinc əhaliyə qarşı törədilən cinayətlər həm bolşevikləri, həm də molokanları erməni məkrinin mahiyyəti ilə qarşılaşdırdı. Xüsusilə bolşeviklər belə bir həqiqəti dərk etdilər ki, ermənilərin quldur dəstələri bolşevizmə yox, özlərinin millətçi xülyalarına xidmət edir və erməni millətçilərinin azərbaycan xalqına qarşı törətdikləri cinayətlərin qarşısını almaq məqsədi ilə bolşevik hərbi qüvvələri erməni yaraqlıları ilə silahlı qarşıdurmaya gəlmiş və erməni qaniçənlərinin cinayətlərində iştirak etməmək üçün sağ qalan azərbaycanlıları Kürdəmirdən götürərək Bakıya gəlmişlər.    Göstərilən faktlar bir daha sübut edir ki, 1918-ci ildə St. Şaumyan və onun K-sı ölkəmizdə “sovet hakimiyyətini qurmaq” şüarı pərdəsi altında erməni separatizminə xidmət ermiş, X1X əsrin sonlarında və XX əsrin əvvəllərində Şərqi Anadoluda erməni muxtariyyatını qura bilmədиklərindən azərbaycanlılardan qisas almağı qarşıya məqsəd qoymuşdular. Bu fikri Fövqəladə İstintaq komissiyasının üzvü N.M.Mixaylov 1919-cu ilin fevralında hazırladığı məruzəsində şahidlərin verdiyi məlumatlara istinad edərək göstərmişdir ki, həm erməni hərbi hissələri, həm də Azərbaycan quberniyalarında yaşayan ermənilər azərbaycan kəndlərinin və azərbaycanlıların sistemli şəkildə məhv edilməsi planını hazırlamışdılar (1, vər.5)    Yuxarıda göstərilən dəlillər və sübutlar belə bir tarixi həqiqəti göstərir ki, 1918-ci ildə azərbaycan xalqına qarşı törədilən erməni zorakılığı və vəhşiliyi X1X əsrin sonlarından etibarən türk-müsəlman dünyasına qarşı yönələn, onları fiziki cəhətdən məhv etməyi qarşıya məqsəd qoyan soyqırım siyasətinin tərkib hissəsidir. Hazırkı tədqiqat işinin əsas məqsədi də öyrənilən problemlə bağlı Azərbaycan tarixşünaslığında mövcud boşluğu doldurmaq və erməni məkrini ifşa etməkdir. 

ƏDƏBİYYAT

  1. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Аrxivi (sonra-AR Pİİ SSА). F.277,siy.2, iş 16
  2. Гусейнов Дж.  Из истории национально-освободительного движения в Азербайджане в начале ХХ в. (1900-1907гг.) Баку, 2001
  3. Həsənov C. Azərbaycan beynəlxalq münasibətlər sistimində. Bakı,1993; İ.Musayev. ”Erməni genosidi”, yoxsa türk-müsəlman soyqırımı. Birincn kitab, Bakı.2001; Aрzumanlı Vaqif, Mustafa Nazim  Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq. Bakı, 1998; Наджафов Б. Лицо врага. Баку.1993 Гаджиев А. Демократические Республики юго-западного Кавказа (Карская и Араз-Тюркская  республика) Баку, 2004; А.İsgəndərli «Azərbaycanda türk-müsəlman  soyqırım  probleminin  tarixşünaslığı ». Б., 2006;  Мамедов И. Трилогия панарменизма. Книга 3, Баку, 2006
  4. Малевил де Жорж Армянская трагедия  в 1915 году. Баку, 1990 (перевод с франц.); Маккарти Дж., Маккарти К., Тюрки и армяне. Руководство по армянскому вопросу (перевод с англ.) Баку, 1996, стр.65-66
  5. Мансуров А.Белые пятна истории. Баку, 1990, стр.134
  6. Musayev İ. Azərbaycanın  Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti.Bakı, 1996, səh.48
  7. Файгл Эрик. Правда о терроре. Баку, 2000, стр.57

 

 Kəmalə Əzimzadə 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi  Sənədlər Аrxivinin Bərpa və cildləmə şöbəsinin müdiri  

 

РЕЗЮМЕ АРМЯНСКОЕ НАСИЛИЕ В ИСТОРИИ АЗЕРБАЙДЖАНА: ИСТОРИЧЕСКИЕ ДОКУМЕНТЫ СВИДЕТЕЛЬСТВУЮТ       

Данный объект исследования освещает события 1918 года на основе исторических документов, которые неоспоримо доказывают враждебный настрой армянских националистов  в отношении азербайджанского, а также других мусульманских народностей. В данной работе показана главная цель армян-сепаратистов, а именно физически уничтожить коренное население страны – азербайджанцев, с целью реализации мифической «Великой Армении» на чужой для них территории.

   5330 dəfə baxılıb