Xüsusi qiymətli sənədlər aşkar edilmişdir
A+   A-

Xüsusi qiymətli sənədlər aşkar edilmişdir 

2013-cü ilin iş planına əsasən Arxivin 1 saylı fondunun (Azərbaycan KP MK) 1941-ci ilə aid sənədlərinin seçilməsi əsasında yeni 26 №-li siyahı tərtib edilmişdir. Siyahının tərtibatı zamanı Azərbaycan tarixini əks etdirən bir neçə maraglı sənədlər aşkar edilmişdir. Bununla əlaqədar Ekspert-Yoxlama Komissiyasının (EYK) 10 fevral 2014-ci il tarixində keçirilən iclasında aşağıda sadalanan sənədlərin “Xüsusi giymətli sənədlər siyahısı”na daxil edilməsi qərara alınmışdır. Qiymətli sənədlərin siyahısı:

1) SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Azərbaycan K(b)P Mərkəzi Komitəsinə ünvanlanan filialın mühəndisləri tərəfindən icad edilmiş aviasiya benzininin, avtomühərriklər və neft nasosunun modelləri barədə arayışlar və təhriri məruzələr (Cправки и докладные записки АзФАН в ЦК КП (б) Азербайджана о разработанных инженерами АзФАНа моделей автодвигателя, нефтенасоса и авиабензина) - оп.26,ед.хр.244.

2) Uşaqların Bakıdan Azərbaycanın rayonlarına istirahətə aparılması barədə Azərbaycan K(b)P MK-n katibi Əziz Əliyevin yanında keçirilən iclasın protokolu və Şamaxı, İsmayıllı rayonlarında yerləşən yay düşərgələrinin vəziyyətinin yoxlama aktları. (Протокол совещания при секретаре ЦК КП (б) Азербaйджана А.Алиеве по вопросу вывоза детей из Баку в районы Азербайджана на мирное время, акты обследования состояния летних лагерей в Шемахинском и Исмаиллинском районах) - оп.26,ед.хр.69.

3) Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov haqqında Azərbaycan K(b)P MK-nın Şımal-Qərb cəbhəsinin Siyasi İdarəsi ilə yazışma. (Переписка ЦК КП (б) Азербайджана с Политуправлением Северо-Западного фронта о Герое Советского Союза Исрафиле Мамедове) - оп.26,ед.хр.339.

4) Yay sağlamlıq işlərinin tədbirləri məsələsi barədə Azərbaycan K(b)P MK-nın katibi Əziz Əliyevin yanında keçirilən iclasın stenoqrafik yazısı, pioner düşərgələri barədə arayışlar və təhriri məruzələr. (Стенограмма совещания от 14апреля 1941г. у секретаря ЦК КП (б) Азербайджана Алиева А. о мероприятиях по летней оздоровительной работе. Справки и докладная записка о пионерских лагерях) - оп.26,ед.хр.80.

5) Bakı zavodlarında təyyarələrin layihələşməsi və tikintisi barədə yazışma. (Переписка по вопросу проектирования и строительства самолётов на заводах г.Баку) - оп.26,ед.хр.337.

6) Bakıdan su və dəmir yolu nəqliyyatı vasitəsi ilə neft və neft məhsullarının daşınması barədə Azərbaycan K(b)P MK-n katibi M.C.Bağırovun SSPİ XKŞ-nin sədrinin müavini A.İ.Mikoyana ünvanlanan təhriri məruzəsi. (Докладная записка секретаря ЦК КП (б) Азербайджана М.Д.Багирова зам. председателя СНК СССР А.И.Микояну о вывозе нефти и нефтепродуктов из г. Баку водным и железнодорожным транспортом) - оп.26,ед.хр.247.

7) Marietta Şaqinyanın “Nizami Gəncəvi” tədqiqatı və İ.Hüseynovun həmin tədqiqata rəyi. (Исследование Мариэтты Шагинян «Низами Гянджеви» и рецензия И.Гусейнова на работу) - оп.26,ед.хр.266.

8) Azərb.SSP-n zavodlarında aviasiya benzininin emalı barədə Neft sənayesi xalq komissarlığının təhriri məruzəsi. (Докладная записка наркома нефтяной промышленности по вопросу выработки авиабензина на заводах Азербайджанcкой ССР) - оп. 26,ед.хр.248.

9) Azərbaycan SSR-dən FKQO üçün göndərilən döyüş sürsatlarının, silahların, partlayıcı maddələrin, texniki təchizatın, arabaların, insan və at üçün təchizatların siyahisı. (Перечень боеприпасов, вооружения, взрывчатых веществ, технического снаряжения, обоза, людского и конского снаряжения для РККА, поставляемых из Азербайджанcкой ССР) - оп.26,ед.хр.278.

   2145 dəfə baxılıb