Arxivin komplektləşdirmə mənbələri
A+   A-

 Arxivin komplektləşdirmə  mənbələri

Sənədlərin dəyərinin ekspertizasının elmi-metodiki və  praktiki məsələlərinin baxılması məqsədi ilə Siyasi Sənədlər Arxivində arxivin direktorunun 33 saylı 2007-ci il 3 noyabr tarixli əmri ilə ekspert-yoxlama komissiya (EYK) yaradılmışdır.

EYK-nin tərkibi sədr, katib və struktur bölmələrin yüksək ixtisaslı mütəxəssislərindən olan üzvlərindən ibarətdir. 

EYK  arxivin komplektləşdirmə  mənbələrini və arxiv fondlarında saxlanılan sənədlərin tərkibini müəyyən edir; arxiv fondları sənədlərinin dəyərinin ekspertizası, arxivin komplektləşdirmə məsələlərinə baxır.

EYK ona həvalə olunmuş vəzifələrə müvafiq olaraq aşağıdakılara baxır:

sənədlərin dəyərinin və yeni tərtib edilən siyahıların ekspertizasına, arxivn fondlarının komplektləşdirilməsinə aid  normativ sənədlərin layihələrinə;

EYK-n normativ sənədlərin və metodiki vəsaitlərin işlənməsi, sənədlərin saxlanma müddətinin müəyyən edilməsi;

EYK-n fəaliyyəti dövründə 1940-1945-ci illəri əhatə edən yeni siyahılar ekspertizadan keçirilib, 600-dən çox fondlaşdırırmamış sənəd, 700-ə yaxın fotoşəkil, 3450 vərəq səpələnmiş şəkildə, 89 sənəd İ.V.Stalina aid ekspertiza nəticəsində müəyyən fondlara daxil edilib, arxivə təhvil verilən sənədlərdən yeni fondlar komplektləşdirilib. 

Azərbaycanın ictimai-siyasi xadimi Vəli Məmmədovun şəxsi sənədləri ailəsi tərəfindən Siyasi Sənədlər Arxivinə təhvil verilmişdi. Həmin sənədlər əsasında “Vəli Məmmədov kolleksiyası” adlı fond yaradılıb.

Sənədlər EYK-n qərarından sonra arxiv fondlarına daxil edilib. 


 

 

   5635 dəfə baxılıb