Arxiv fondlarımız zənginləşir
A+   A-

         İctimai-siyasi xadim, ədəbiyyatşunas, publisist, SSRİ-nin xalq deputatı olmuş Vəli Hüseyn oğlu Məmmədovun  şəxsi kolleksiyası ailəsi tərəfindən Azərbaycan  Respublikası  Prezidentinin  İşlər  İdarəsinin  Siyasi  Sənədlər  Arxivinə təhvil verilmişdir.

       N. Nərimanovun fəaliyyətinin  ilk tədqiqatçısı və yorulmaz təbliqatçısı olmuş V. Məmmədov arxivlərdən, dövri mətbuatdan, ayrı- ayrı  şəxsiyyətlərdən 1988-ci ilin fevralında Sumqayıtda baş vermiş hadisələrə,  20 yanvar faciəsinə, Ermənistan -Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə  dair zəngin materiallar toplamışdır.

      Həmin sənədlər Arxiv fondunun mühafizəsi və uçotu şöbəsi tərəfindən komplektləşdirilib və fondlaşdırılıb. V. Məmmədovun şəxsi kolleksiyasına yeni  müstəqil fond nömrəsi verilib -11158.

     İş prosesində:

    - sənədlər məzmununa görə sistemləşdirilib,

    - sistemləşdirilmiş sənədlərdən işlər tərtib edilib,

    - işlərə sərlövhələr verilib,

    - arxiv fondunun mühafizəxanada arxiv qaydalarına uyğun olaraq saxlanılması təmin  edilib.

   5094 dəfə baxılıb