Həsən bəy Zərdabini “Kaspi” qəzeti necə anırdı...
A+   A-

Həsən bəy Zərdabini “Kaspi” qəzeti necə anırdı...

1907-ci ilin soyuq  noyabr günündə Azərbaycan mətbuatının banisi, böyük ziyalı, görkəmli maarifpərvər Həsən bəy Zərdabi əbədiyyata qovuşdu. Bütün Azərbaycanı sarsıdan bu xəbər uzun illər çalışdığı “Kaspi” qəzeti redaksiyasını da acı qəmə qərq etmişdi.Qəzet onun vaxtsız ölümü ilə bağlı dəfn mərasimini geniş işıqlandırır,  əməkdaşlarının xatirələrini dərc edirdi:

«Вчера происходили торжественные похороны скончавшегося 28 ноября Гасан бека Меликова, - dəfn mərasimindən xəbər verirdi “Kaspi”. – Традиция и высокое уважение взяли верх, и общество не могло выполнить волю покойного, чтобы хоронили его просто, без всякой торжественности. К 10 часам утра на квартире покойного собралась вся местная интеллигенция, без различия национальностей. Прилегающие к дому улицы были буквально запружены простым людом разных национальностей: преобладали мусульмане».

Qəzet yazır ki, Həsən bəyin tabutu güllər ilə deyil, müsəlman adətinə görə bahalı örpəklər və kəlağaylarla bəzədilmidi. Hər bir təşkilat dəfn mərasiminə hazırlı gəlmişdi:

«Учителя-мусульмане возложили серебряный бювар с биографией покойного, мусульманская драматическая труппа –серебряную лиру, газета «Иршад» - в золотой раме сохранившийся старый номер первой в Закавказье татарской газеты «Акинчи», который создал покойный, гимназисты-мусульмане – огромный портрет покойного в траурной рамке и др.».

Dəfn mərasimində ilk Əhməd bəy Ağaoğlu çıxış etdi. Qəzet yazır ki, kəskin qələm sahibi kimi tanınan Əhməd bəy həmişə ki kimi səmimi və coşqun idi:

 “Г.Агаев искренно и горячо говорил толпе, что Гасан бек Меликов был первым учителем не только бакинского мусульманства, но и всего Закавказья, учителем правды и истины, учителем отсталого народа, который будил всей своей силой, не жалея для этого ничего».

Qəzet yazır ki, H.Zərdabinin cənazəsi qarşısında bir çox tanınmış ziyalılar və el ağsaqqaları çıxış etdilər – doktor Qarabəy Qarabəyov, tanınmış publisist Əli bəy Hüseynzadə, Haşım bəy Vəzirov, “Kaspi” qəzetinin əməkdaşları, mətbuatda Ajio təxəllüsü ilə tanınan Y.Olendski və Qriqoriy Cinoridze, molla, qlasniy Əfəndiyev, tacir İbrahim Məlikov və digərləri. Ən sonda Qriqoriy Cinoridze danışdı:

“… учесть теперь, когда еще тело нашего обожаемого Гасан бека перед нами, все его заслуги на ниве общественной и просветительной, едва ли представляется возможным. В данный момент, говорил оратор, когда мы с глубокой болью в думе провожаем тело Гасан бека, когда наши нервы приподняты утратой такого человека, мы едва ли в состоянии детально разобраться во всем том, что мы должны оценить по заслугам, обдуманно. А заслуги Гасан бека – продолжает оратор – уже дали плоды, которые зреют и крепнут, и потомство оценит его. Прощай дорогой Гасан бек – заканчивает оратор – ты ушел от нас, но знай, что ты душой вечно с нами…»

Məlumdur ki, Əli Mərdan bəy Topçubaşov Həsən bəy Zərdabinin kürəkəni idi. Lakin o, bu mərasimdə iştirak etmirdi. Əli Mərdan bəy kədərli xəbəri Peterburqda aldı, o, üçüncü Dövlət Dumasında müsəlman fraksiyasının fəaliyyəti ilə məşğul idi. “Kaspi” yazır ki, Peterburqda yaşayan və siyasi fəaliyyət göstərən tanınmış müsəlman ziyalıları ilk növbədə  Ə.M. Topçubaşova baş sağlığı verdilər, sonra Bakıya, Həsən bəy Zərdabinin  ömür-gün yoldaşı Hənifə xanıma hüznlü teleqram göndərdilər. Peterburq mətbuatı da bu hadisəyə laqeyd qalmadı: 

«В тот же день в вечерней столичной газете «Сегодня» появился небольшой некролог покойного. Вечером же и ночью многие из мусульман заезжали к г. Топчибашеву и лично выражали чувство соболезнования. На другой день, в пятницу, во всех четырех молитвенных домах петербургских мусульман (на Лиговке, Мойке, Глазовской ул. и Демидовском пер.), после обычного пятничного намаза, при большом стечении молящихся, были совершены по умершем Г.б.Меликове заупокойные молитвы. Причем духовными лицами были произнесены слова, посвященные памяти покойного, его заслугам перед мусульманами и разносторонней деятельности».

«Kaspi” qəzetindən onu öyrənirik ki, Həsən bəy Zərdabi Şıxov qəsəbəsində Bibi-Heybət məsçidi yaxınlığında torpağa tapşırılmışdı. Hazırda mətbuatımızın patriarxının məzarı Fəxri xiyabandadır. Hər il olduğu kimi, bu il də mətbuat mənsubları və ziyalılar Həsən bəyZərdabinin əziz xatirəsini anacaqlar.

Allah rəhmət eləsin!

                                                                           L.Osman qızı.

 

   5200 dəfə baxılıb