Qarşılıqlı elmi əlaqələrin uğurlu nəticəsi
A+   A-

Rudolf  Nikolayeviç İvanov Azərbaycanın elmi dairələrində Azərbaycan tarixinə həsr etdiyi elmi əsərlərin müəllifi kimi tanınan bir şəxsdir. Azərbaycanın tarixi əks olunan bir neçə sanballı elmi monoqrafiyaların müəllifidir: «Келб-Али-хан Нахичеванский. Его эпоха и наследие», «Именем Союза Советских» (iki cilddə), «Генерал-адъютант Его Величества» (General Hüseynxan Naxçıvanski haqqında), «Азербайджанская быль: российское пришествие и персидские мотивы.  Очерки истории Азербайджана ХIХ века», «Нашествие. Печальная быль о бесчинствах и расправе большевиков на советской земле древнего Нахчывана».

Rusiyalı tarixçi-alim Heydər Əliyev Fondunun dəvəti ilə dəfələrlə Azərbaycanda olmuş, burada elmi tədqiqatlarını uğurla aparmışdır. Bakıya hər gəlişində Rudolf  Nikolayeviç arxıvımızə təşrif  buyurur, həm Moskva arxivlərindən Azərbaycana aid sənədləri təqdim edir, həm də  mütləq burada qorunan sənədlərlə işləyir. Arxivimizlə müntəzəm əlaqələrinin nəticəsidir ki, bu günlərdə Rudolf  Nikolayeviç Arxivin Elmi-Məsləhət Şurasının Fəxri üzvü seçılıb.

Bundan əlavə arxivimizdə tanınmış alimin elmi fəaliyyətini əks etdirən stend açılıbı. Ekspozisiyada alimin elmi əsərləri və fotoşəkilləri nümayiş olunur.   

   2257 dəfə baxılıb